Bakıda Avropa İttifaqı Azərbaycan biznes forumu işə başlayıb
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilir.
XQ xəbər verir ki, builki forum “Dəhlizlərin birləşdirilməsi: Əlaqəlilik və infrastruktur” mövzusuna həsr olunub.
Tədbir Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyinə, eləcə də Avropa İttifaqı-Azərbaycan biznes-forumunun 10 illiyinə təsadüf edir.
Forumda Aİ-Azərbaycan iqtisadi əməkdaşlığının gücləndirilməsi, regional ticarət və investisiyaların təşviqi, nəqliyyat və infrastruktur sahələrində əlaqəliliyin genişləndirilməsi məsələləri müzakirə olunur.
Tədbir çərçivəsində dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə yüksəksəviyyəli müzakirələr, tematik sessiyalar və işgüzar əlaqələrin qurulmasına yönələn görüşlər keçiriləcək.
Forumda, həmçinin 2026-cı ilin yanvar-iyul aylarında Avropa biznes subyektləri arasında aparılmış sorğunun nəticələrinə əsaslanan “Aİ-nin Azərbaycanda Biznes Mühiti Hesabatı 2025–2026” təqdim olunacaq.
Bununla yanaşı, “Azərbaycanda ticarət sektorunun inkişafı: siyasətlər, məhdudiyyətlər və imkanlar” adlı tədqiqat hesabatı da təqdim ediləcək. Hesabatda ölkənin ticarət sektorunun inkişafı, mövcud məhdudiyyətlər və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları əksini tapır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 21 Oktyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















