Bakıda bədii gimnastika üzrə Qış nağılı adlı beynəlxalq turnir start götürdü FOTO
Icma.az bildirir, Milli.az portalına istinadən.
14-15 dekabr tarixlərində Milli Gimnastika Arenasında qış mövsümünün ən parlaq hadisələrindən biri - bədii gimnastika üzrə "Qış nağılı" adlı beynəlxalq turnir keçiriləcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, iki gün davam edən yarış 2009-2018-ci il təvəllüdlü gənc gimnastların parlaq performanslarını və qışın füsunkar ab-havasını bir araya gətirəcək.
İncə gimnastika elementləri, gimnastların nağılvari çıxışları qışın sehri ilə birləşib izləyicilərə unudulmaz anlar bəxş edəcək, gimnastikanın valehedici dünyasına pəncərə açacaq.
"Qış nağılı" xarici ölkələrin gimnastika federasiyalarını, klubları və yerli gimnastika cəmiyyətlərini bir araya gətirərək gimnastikanın müxtəlif üslublarını və texnikalarını nümayiş etdirəcək. Bu, həm də gənc gimnastların bacarıqlarını geniş auditoriya qarşısında nümayiş etdirmək və onların qlobal səhnədə parlaması üçün yaradılan bir fürsətdir.
"Qeyd etmək lazımdır ki, növbəti il yeni yarış qaydaları qüvvəyə minəcək. Gələn ilin yarışlarına cari ildən hazır olmaq və bu qaydaları mənimsəmək üçün idmançıları yeni qaydaların tətbiq olunduğu bu turnirdə iştirak edib təcrübə toplamağa çağırırıq",- deyə Azərbaycan Gimnastika Federasiyasından bildirilib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 14 Dekabr 2024 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















