Icma.az
close
up
RU
Bakıda Belarus Respublikasının Müstəqillik Günü münasibətilə təntənəli rəsmi qəbul keçirilib

Bakıda Belarus Respublikasının Müstəqillik Günü münasibətilə təntənəli rəsmi qəbul keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 1 iyul, Günel Alıyeva, AZƏRTAC

Belarus Respublikasının Müstəqillik Günü münasibətilə Bakıda təntənəli rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, təntənəli rəsmi qəbulda Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç çıxış edib.

Baş nazirin müavini Şahin Mustafayevi, diplomatik korpusun nümayəndələrini, eləcə də tədbirin qonaqlarını salamlayan səfir vurğulayıb ki, Belarusun Müstəqillik Günü bayramı ölkənin faşizmdən azad edilməsi ilə bilavasitə bağlıdır və bu il əlamətdar bir zamanda - İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı qeyd edilir.

Diplomat bildirib ki, Belarus xalqı müharibə illərində çox böyük itkilər verib. Ölkənin hər üç sakinindən biri həlak olub, 380 min insan alman əsiri olub. 209 şəhər yerlə-yeksan edilib, 12 mindən çox kənd 288 sakin ilə birlikdə yandırılıb.

Səfir qeyd edib ki, müharibə başa çatdıqdan sonra Belarus Azərbaycanla bir çox tarixi mərhələlərdən keçib. Bu il isə ikitərəfli diplomatik əlaqələrin 32 yaşı tamam olub. Həmin müddət ərzində əməkdaşlıq iki ölkənin liderləri - İlham Əliyev və Aleksandr Lukaşenko arasında çoxillik dostluq sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Dmitri Pineviç parlamentin “Azərbaycan-Belarus” Dostluq Cəmiyyətinin nümayəndələrinə, ali məktəblərin rektorlarına və Azərbaycanda Belarus dilinin tədrisi mərkəzlərinin rəhbərlərinə ayrıca minnətdarlıq bildirib.

Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Belarus hökumətini bayram münasibətilə təbrik edib, onlara davamlı rifah, əmin-amanlıq və firavanlıq diləyib.

O, müstəqillik illərində Azərbaycan - Belarus münasibətlərinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini xatırladıb. Bu günə qədər ölkələr arasında 170-dən çox sənəd imzalanıb.

Baş nazirin müavini vurğulayıb ki, dövlət başçılarının - Prezident İlham Əliyevin və Prezident Aleksandr Lukaşenkonun siyasi iradəsi münasibətlərin dinamik inkişafının əsasıdır.

Şahin Mustafayev bildirib ki, 2024-cü ildə Minskdə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclası uğurla keçirilib və bu iclasda tərəfdaşlığın genişləndirilməsi üzrə konkret addımlar müəyyən edilib.

O, Azərbaycanın Belarusla yaxın və dostluq münasibətlərinin davam etdirilməsinə sadiq olduğunu vurğulayaraq, strateji tərəfdaşlığın bütün istiqamətləri üzrə əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Qəbul çərçivəsində səfir qəhrəman döyüşçülərin yaxınlarına Belarus Prezidenti Aleksandr Lukaşenkonun təbriklərini – xatirə əsgər məktubları şəklində Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rzayev, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov, həmçinin 1944-cü ildə Homel bölgəsinin azad edilməsi zaman döyüşdə həlak olan Cəlal Zamanovun “əsgər üçbucaqları”nı təqdim edib.

Sonra qonaqlar “Suveren Belarus” fotosərgisi, Belarusun azad edilməsi mövzusunda foto və videosüjetlərlə tanış olublar.

Tədbirdə Belarus mahnıları səsləndirilib, qonaqlara Belarus milli mətbəxindən təamlar təqdim olunub.

Qeyd edək ki, tədbirdə hökumətin rəsmi nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasında akkreditə olunmuş səfirlər də iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyul 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri