Icma.az
close
up
RU
Özbəkistanın Müstəqillik Günü münasibətilə təntənəli mərasim keçirilib

Özbəkistanın Müstəqillik Günü münasibətilə təntənəli mərasim keçirilib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Özbəkistanın Müstəqillik Günü münasibətilə “Yeni Özbəkistan” parkında təntənəli bayram tədbiri keçirilib.

Tədbirdə Özbəkistan prezideni Şavkat Mirziyoyev, Hökumətin, Senatın və Ali Məclisin üzvləri, səfirlər və beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirə qatılanlar arasında Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və paytaxtdakı diasporumuzun üzvləri də olub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Müstəqillik Günü münasibətilə  ölkədə yaşayan xalqları təbrik edib, onlara uğurlar arzulayıb.

Prezident müstəqilliyin əldə olunduğu 34 il ərzində ölkə həyatında böyük irəliləyişlərin əldə edildiyini bildirib.

Dövlət başçısı qeyd edib ki, Özbəkistan dünya birliyində öz layiqli yerini tutub, Yeni Özbəkistanın yaradılması ideyası əsasında başlanmış genişmiqyaslı islahatlar sayəsində hər bir soydaşımız müstəqilliyin bəxş etdiyi hüquq və azadlıqları əməli şəkildə hiss edir. Məhz bu ideya sayəsində biz üç min illik tariximizi, zəngin mədəniyyətimizi, Birinci və İkinci İntibah ənənələrini dirçəltdik və Üçüncü İntibah istiqamətində inamla əməli addımlar atırıq. Son illərdə ixracın həcmi 26 milyard dollara çatıb, qızıl-valyuta ehtiyatları  ilk dəfə olaraq 48 milyard dolları ötüb. Ölkəyə 130 milyard dollara yaxın xarici investisiya cəlb edilib.

Tədbir boyu monitorda Şavkat Mirziyoyevin Azərbaycana səfərləri, Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşlərini əks etdirən videomateriallar nümayiş etdirilib.

Bayram tədbiri Özbəkistan incəsənət ustalarının böyük konsert proqramı ilə başa çatıb.

Konsertdə Azərbaycan, türk, özbək, qazax, qızğız, türkmən dillərində  mahnılar səslənib. Tamaşaçılar “Qarabağ” mahnısını alqışlarla qarşılayıblar.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Avqust 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see328

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see243

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see210

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see195

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see161

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see140

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see137

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see136

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see136

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see135

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see133

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see132

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see128

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see128

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see128

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see128

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see127

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see127

Bank VTB nin aktivləri 6 faizə yaxın azaldı

14 Oktyabr 2025 17:16see124

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri