Icma.az
close
up
RU
28 May Azərbaycan Respublikasının Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd edilib

28 May Azərbaycan Respublikasının Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd edilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 may, AZƏRTAC

Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində ölkəmizin Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, qəbulda İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean üçün Baş direktorluğunun rəisi Luis Fonseka Sançez, nazirliyin digər yüksək vəzifəli diplomatları, habelə müxtəlif dövlət qurumlarının struktur vahidlərinin rəhbərləri, parlament üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, səfirlər, Madrid şəhər bələdiyyəsinin rəsmiləri, eləcə də bir sıra beyin mərkəzləri və akademik dairələrdən olan tədqiqatçılar, mədəniyyət xadimləri, işgüzar dairələrin təmsilçiləri, QHT-lər və mötəbər media nümayəndələri, o cümlədən yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Səfir Ramiz Həsənov 107 illiyi qeyd edilən Azərbaycan Demokratik Respublikasının yaranmasından və keçdiyi yoldan danışıb, müsəlman dünyasında ilk demokratik ölkə olan ADR-in tarixi əhəmiyyətindən söz açıb. O, Azərbaycanın Şərqin ilk dünyəvi və parlamentli respublikası kimi o dövr üçün mütərəqqi dövlət institutları – çoxpartiyalı sistem və plüralist parlament təsis etməsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Azərbaycanın bu gün regionun lider ölkəsi olmasının, siyasi, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlərə imza atmasının əhəmiyyətinə toxunan səfir, ölkəmizin bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yanaşı, humanitar məsələlərdən enerji və nəqliyyata, geosiyasətdən təhlükəsizlik və mədəniyyətlərarası dialoqa qədər müxtəlif sahələrdə əməkdaşlıq platforması kimi çıxış etməsindən danışıb.

Daha sonra, İspaniya Krallığının Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik əlaqələr quran ilk ölkələrdən biri olduğunu vurğulayan Ramiz Həsənov ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə intensivləşməsinin, habelə qarşılıqlı yüksək səviyyəli səfərlərin çoxalmasının Azərbaycan - İspaniya münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini qeyd edib. Bu xüsusda, İspaniya Prezidentinin COP29 çərçivəsində Bakıya səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə baş tutmuş görüşü, İspaniyanın Ticarət üzrə Dövlət katibinin Azərbaycana səfəri zamanı hər iki ölkənin şirkətlərinin iştirakı ilə biznes forumun keçirilməsi, habelə hökumətlərarası komissiyanın yaradılmasına dair razılığın əldə olunması barəsində tədbir iştiraklarına məlumat verilib. Eyni zamanda, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın ötən günlərdə İspaniyaya rəsmi səfəri çərçivəsində yüksək səviyyəli görüşlər keçirilməsinin parlamentlərarası əməkdaşlıqda mühüm mərhələ olması, davamlı dialoq üçün möhkəm təməl yaratması qeyd edilib.

Tədbirdə İspaniya tərəfindən əsas qonaq qismində çıxış edən Luis Fonseka Sançez ilk növbədə Azərbaycan hökuməti və xalqına xoş, səmimi təbriklərini çatdırıb və son illərdə ikitərəfli münasibətlərimizin inkişafında əldə olunan nailiyyətlərə toxunub. İspan diplomat ölkəsinin Azərbaycana həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi olaraq dəstəyini davam etdirdiyini vurğulayıb. XİN nümayəndəsi Azərbaycanı Avropa və Asiyanın kəsişməsində yerləşən güclü və sürətlə inkişaf edən ölkə kimi xarakterizə edib, ölkəmizi Avropa enerji təhlükəsizliyinə əvəzsiz töhfələr verən tərəfdaş olaraq Azərbaycanın tranzit imkanlarından söz açıb. Diplomat COP29 tədbirində ev sahibliyi xüsusunda ölkəmizin vacib nəticələrin əldə olunmasındakı rolunu, habelə bərpaolunan və “yaşıl enerji” əsasında irəli sürdüyü strategiyasını təqdirəlayiq adlandırıb.

Tədbirin mədəni proqramı çərçivəsində Madridin Kreativ Ali Musiqi Məktəbinin nəzdində fəaliyyət göstərən xor kollektivi “Qarabağ” mahnısını ifa edib. Azərbaycan musiqi incisinin ispan sənətçilərin təqdimatında ilk dəfə səsləndirilməsi tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Daha sonra tədbirin qonaqları milli mətbəximizin ən ləziz təamlarından dadıb, ölkəmizin mədəniyyətini və turizmini təbliğ edən broşürlərlə tanış olublar. Tədbir boyunca Azərbaycanın mədəniyyəti, təbiəti, tarixi haqqında videoçarxlar nümayiş olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri