Icma.az
close
up
RU
Bakıda beynəlxalq kitab marafonu finişə çatdı

Bakıda beynəlxalq kitab marafonu finişə çatdı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

XI Bakı Beynəlxalq Kitab Sərgisinin son günündə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, yazarlar və xarici qonaqlar iştirak edirdilər.

Təzə kitabların qoxusu salona yayılmış, hər yerdə vərəqlənən səhifələrin xışıltısı insan izdihamı ilə qəribə harmoniya yaratmışdı. Bakı Ekspo Mərkəzində keçirilən sərgidə sonuncu qələbəlik yaşanırdı. Oxucular sevdikləri müəlliflərlə görüşür, imza almağa növbələr yaranır, yeni nəşrlərin sırası gəl-gəl deyirdi. Artıq 11 ildir ki, paytaxtımızda beynəlxalq kitab sərgisi yazıçı, oxucu və nəşriyyatlar arasında körpü rolunu oynayır, cəmiyyətin mədəni yaddaşında silinməz izlər qoyur.

Sərgidə Əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmlinin “Arabadakı adam” kitabının təqdimatı keçirildi. Müəllif oxucularla canlı ünsiyyətin onun üçün çox maraqlı və gərəkli olduğunu söylədi:

– Oktyabr ayının 1-dən etibarən xoş günlər yaşayırıq, kitab bayramını qeyd edirik. Kitab bayramı, bəlkə də, ən təsirli şənlikdir. O yerdə ki, maariflənməkdən, mütaliə bacarıqlarını genişləndirməkdən söhbət gedir, mənə elə gəlir ki, bunun hər kəsə - uşağa, yeniyetməyə, gəncə, hətta ahıl insana da xeyri var. Çox sevinirəm ki, builki kitab sərgisində mənə də imza saatı keçirmək fürsəti yaradıldı.

“Arabadakı adam” romanım dünən mətbəədən çıxıb. Oxucuların arasında müxtəlif təbəqədən insanlar var, hətta məktəblilər belə başıma toplaşıblar. Görünür, onların müəllimləri, tərbiyəçiləri uşaqlarda kitaba maraq yaradıblar. Mən ötən il kiçik yaşlı oxucularıma hekayələrimi hədiyyə etdim. O hekayələri nəvələrimdən ilhamlanaraq, yəni uşaq dünyasına baş vuraraq yazmışam. Çox sevinirəm ki, cəmiyyətdə kitaba maraq güclüdür. Dövlət başçısı, ölkənin birinci xanımı, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu tərəfindən bu cür tədbirlərin keçirilməsinə göstərilən dəstək çox önəmlidir.

Mən bədii yaradıcılığa jurnalistikadan gəlmişəm. Xalq yazıçısı, mərhum Hüseyn Abbaszadə döyüşən qadınlar haqqında bədii-publisistik hekayələrimi oxumuşdu və mənə dedi: “Siz onsuz da bu hekayəni yazırsınız. İndi siz təxəyyülünüzə arxalanıb bu əsərlərin bədii variantını yazın”. Elə o gündən yazmağa başladım və gördüm ki, bəyənilir. 24 ildir, Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm.

Gənc oxucular ən çox hansı janra üstünlük verir? Bu sualımızı “Qanun” Nəşriyyatının satış meneceri Rəvan Bağırlı cavablandırdı:

– Sərgidə keçirdiyim 7 gün ərzində müşahidə etdim ki, ən çox şəxsi inkişaf və bizneslə bağlı kitablara daha çox maraq var. Klassik romanlara da üstünlük verilir. Ötən il daha çox detektiv janrına aid kitablar satılırdı, bu il isə oxucuların maraq dairəsi dəyişib, xüsusilə gənc nəslin. Ancaq onu da qeyd edim ki, ötən il satışlar bu illə müqayisədə daha çox idi. İndi həftəsonları insan axını daha çox olur. Bunu da vaxt məhdudiyyəti ilə əlaqələndirirəm.

Sərgidə “Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır” kitabının təqdimatı və Xatirə Kitabı redaksiyasının 30 illik fəaliyyətinə həsr olunmuş görüşdə Əməkdar jurnalist, professor Qulu Məhərrəmli dedi:

– Ümummilli lider Heydər Əliyevin dövlətçilik prinsipləri və xalq üçün gördüyü işlər Azərbaycan tarixində əvəzolunmaz iz qoyub. Hər bir gənc vətəndaş üçün bu nümunə həm ilham qaynağı, həm də vətənpərvərlik və məsuliyyət hissini gücləndirən amildir. Nə xoş ki, bu gün sərgidə iştirak edirik. Ümumiyyətlə, sərgi mədəni həyatımızda həqiqətən böyük hadisədir. Çünki kitabla cəmiyyətin ünsiyyəti hər zaman dinamik olmur; insanlar daha çox ekran qarşısında vaxt keçirir, informasiyanı sürətlə alırlar. Amma dərin təcrübə, düşüncə və fərdi təhlil üçün kitab əvəzsizdir. Bu baxımdan sərgi fərqli təəssürat yaradır, sərgi salonlarında gəzib yeni kitablarla tanış olarkən insan sanki sehrli aləmə düşür.

Mənə elə gəlir ki, ən dəyərli məqam məktəblilərin, gənclərin sərgi ilə tanış olmasıdır. Z nəsli adlandırdığımız gənclər hələ kitabla tam şəkildə ünsiyyət qurmayıblar. Onların düşüncəsi, maraqları çox vaxt mavi ekranlarla formalaşır. Ona görə belə sərgilərin tez-tez keçirilməsi onların kitabla əlaqəsini dərinləşdirir, oxuma vərdişini gücləndirir.

İnternet, kino, televiziya və sosial şəbəkələr əlbəttə ki, məlumat üçün vacib vasitələrdir. Amma kitab klassikadır, o irsdir, insanın dünyagörüşünü, təxəyyülünü və daxili zənginliyini inkişaf etdirən böyük xəzinədir. Kitabın insan həyatında rolu əbədi və müqayisəolunmazdır. Arzu edirəm, belə sərgilər davamlı olsun.

Mərasimdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova ilə həmsöhbət olduq. O, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, dövlətçilik fəaliyyətindən və zəngin irsindən danışdı:

– Fəxr edirəm ki, mən “Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” adlı ilk doktorluq dissertasiyasının müəllifiyəm və bunu onun xeyir-duası ilə etmişəm. Ulu öndərin dövlətçilik və siyasi fəaliyyətinə həsr edilmiş bir sıra elmi monoqrafiyaların və dərsliklərin də müəllifiyəm. Bilirəm ki, onun haqqında nə qədər yazsaq da, kifayət etməyəcək. Çünki Ulu öndərin irsi bir ümmandır, bir xəzinədir. İnsanlar onun bilik xəzinəsindən nə qədər çox bəhrələnsələr, həyat yolunda o qədər düzgün istiqamət seçə biləcəklər.

Sərgi salonunda ahıl bir qadının kitablarla sıx təması hamının diqqətini cəlb edirdi. Səidə xanım hər gün sərgiyə gəlir, gününü burada keçirirdi. Deməli, bilik və sözün sehrinə maraq yaşla bağlı deyil. Niyəsini özü dedi:

– Biz uşaq olanda televiziya yox idi. Həyatımızın rəngi qəzetlər və kitablar idi. Atam Sabirabadda “Muğan” qəzeti redaksiyasında çalışırdı. Hər axşam evimizdə ədəbi məclis qurulardı – söhbətlər, mübahisələr, oxunan yeni əsərlər, şeirlər... Heç yerdə tapılmayan kitablar atamda olardı. O, həmin günün qəzetini evə gətirməsə, mən yatmazdım. Gözləyirdim ki, qəzeti gətirsin, hamıdan əvvəl mən oxuyum. İndi də hər gün qəzet oxuyuram. Evimizdə saysız-hesabsız kitablar var. Bir yerə gedəndə mütləq tapşırıram: “Kitablarıma, qəzetlərimə heç kim toxunmasın”. Özümü kitabsız təsəvvür edə bilmirəm. Bütün ömrümü müəllimliyə həsr etmişəm, hazırda təqaüddəyəm.

Sərgidəki çoxsaylı ekspozisiyalar, kitablar keçirilən təqdimat və görüşlər bir daha göstərdi ki, elm, bilik mücrüsü sayılan kitab yaşayır, heç bir texnoloji yenilik onu sıradan çıxara bilməyəcək. Yaşasın, kitab dünyamız!

Fidan ƏLİYEVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see473

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see360

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see274

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see270

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see255

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see219

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see217

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see203

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see201

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see198

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see194

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see193

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see189

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see175

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see174

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see170

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri