Bakıda beynəlxalq tanqo marafonu
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Bakıda “Baku Tango Marathon 2026” beynəlxalq Argentina tanqosu tədbirinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış gecəsində müxtəlif ölkələrdən rəqqaslar və tanqo həvəskarları bir araya gəliblər. İştirakçılar Argentina tanqosunun musiqi sədaları altındakı rəqsləri ilə bu sənətin özünəməxsus ritmini və ifadə zənginliyini nümayiş etdiriblər. Gecənin musiqi proqramı Türkiyədən dəvət olunmuş DJ Eva tərəfindən təqdim olunub.
Rəqs meydançasında cütlüklərin ahəngdar hərəkətləri ilə barabər musiqi və rəngarəng işıqlandırma gecəyə xüsusi ab-hava bəxş edib.
Marafona İtaliya, Böyük Britaniya, Türkiyə, Rusiya, İsrail, Gürcüstan, Almaniya, Fransa və digər ölkələrdən iştirakçılar qatılıblar.
Argentinanın Azərbaycandakı səfirliyinin və digər tərəfdaşların dəstəyi ilə keçirilən marafonun təşkilatçısı peşəkar tanqo təlimatçısı, “In Tango School”un rəhbəri İlham Osmanovdur.
Qeyd edək ki, oktyabrın 8–12-ni əhatə edən marafon proqramına gündüz və axşam tanqo gecələri, eləcə də beynəlxalq qonaqların Bakının tarixi və mədəni irsi ilə tanışlığı daxil edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 09 Oktyabr 2026 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















