Icma.az
close
up
RU
Bakıda beynəlxalq təlimlər başlayıb...

Bakıda beynəlxalq təlimlər başlayıb...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan rəqəmsal təhlükəsizliyin gücləndirilməsi üçün yeni mərhələyə keçir

Aprelin 21-dən 24-nə qədər Bakının dinamik və sürətlə rəqəmsallaşan mühitində dövlət qurumlarının, kritik infrastruktur subyektlərinin, kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislərin və özəl maliyyə təşkilatlarının nümayəndələri bir araya gəliblər. İxtisaslaşmış təlimlərin keçirilməsi, ölkədə rəqəmsal təhlükəsizliyin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi diqqət çəkir. Çünki bu cür tədbirlər yalnız bilik və təcrübə mübadiləsi ilə məhdudlaşmayaraq, həm də real təhlükə ssenarilərinə qarşı hazırlığın artırılmasına, koordinasiyanın gücləndirilməsinə və müxtəlif sektorlar arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir. Təlimlər Estoniyanın Elektron İdarəetmə Akademiyası (eGA) və “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” (AKTA) İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Beynəlxalq təcrübə ilə yerli ekspertizanı birləşdirən belə platformalar iştirakçılara yalnız nəzəri biliklər deyil, həm də praktiki bacarıqlar qazandıraraq onları müasir kibertəhdidlərə qarşı daha dayanıqlı və çevik edir.

Bilik və praktiki bacarıqların artırılması

Təlimlər maliyyə sisteminin sabitliyi üçün kibertəhlükəsizlik risklərinin idarə olunması, insidentlərə cavabvermə imkanlarının yetkinlik səviyyəsinin qiymətləndirilməsi, zərərli proqramlar üzrə məlumat mübadiləsi, eləcə də şəbəkə təhdidlərinin aşkarlanması kimi mühüm mövzuları əhatə edir. Təlim proqramı kiberdavamlılığın həm strateji, həm də texniki aspektlərini birləşdirərək iştirakçıların bilik və praktiki bacarıqlarının artırılmasına xidmət edir.

Maliyyə sektoru üzrə kibertəhlükəsizlik risklərinin idarə olunmasına həsr olunan seminar zamanı kiber risklərin maliyyə sabitliyinə təsiri və Avropa İttifaqının bu sahədə tətbiq etdiyi qabaqcıl yanaşmalar təqdim ediləcək. Eyni zamanda iştirakçılar təşkilati struktur, insan resursları, texniki alətlər və proseslər üzrə insidentlərə cavab vermə imkanlarının yetkinlik səviyyəsini qiymətləndirmək imkanı əldə edəcəklər.

Texniki təlimlər isə CSIRT və CERT qurumları üçün nəzərdə tutulmuş praktiki alətlərin tətbiqi, təhdid kəşfiyyatı məlumatlarının mübadiləsi, zərərli fəaliyyətlərin aşkarlanması və əməliyyat səviyyəsində cavab vermə mexanizmlərinin təkmilləşdirilməsi mövzularını əhatə edir.

Təlim proqramının açılışında çıxış edən AKTA-nın icraçı direktoru Rauf Cabarov bildirib ki, bu cür təşəbbüslər müxtəlif qurumlar arasında əməkdaşlığın gücləndirilməsinə, praktiki biliklərin artırılmasına və insidentlərə effektiv cavab vermə imkanlarının inkişafına mühüm töhfə verir.

Azərbaycan eGA-nın dəstəyi ilə kibermüdafiəni gücləndirir

Estoniyanın Elektron İdarəetmə Akademiyasının (“eGA”) kibertəhlükəsizlik üzrə baş eksperti Elza Neeme bildirib ki, “eGA” Azərbaycanda kiberdiplomatiya sahəsində potensialın artırılması təşəbbüslərində iştirak etməyi planlaşdırır: “Bu istiqamət Azərbaycanda kifayət qədər yaxşı inkişaf edib, şübhəsiz, gələcək əməkdaşlığın prioritet sahələrindəndir. Tərəfdaşlarımız, xüsusilə “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” (AKTA) və Azərbaycan Mərkəzi Bankı ilə birgə müxtəlif hədəf qrupları üçün məlumatlılığın artırılması mexanizmlərinin yaradılması üzərində işləyirik. Məqsədimiz son istifadəçilərə şəbəkədə özlərini qoruma üsullarını aydın şəkildə izah etmək, həmçinin kritik infrastruktur obyektləri üçün tədbirlər keçirməkdir. Plan olduqca genişmiqyaslıdır”.

Kibertəhlükələr mahiyyətcə transsərhəd olduğu üçün...

Ekspert qeyd edib ki, məqsəd azərbaycanlı həmkarlarla birgə iş potensialın artırılmasına yönəlib, lakin bu məsələ bir ölkənin hüdudlarından xeyli kənara çıxır: “Layihə Azərbaycana yönəlib, lakin kibertəhlükələr mahiyyətcə transsərhəd olduğu üçün tərəfdaşlarla Avropa İttifaqı arasında əməkdaşlıq son dərəcə vacibdir. Bu, gündəlik istifadə etdiyimiz bank xidmətləri kimi həyati vacib xidmətlərin fasiləsizliyini təmin etmək üçün zəruridir. Biz bu təlimi ikitərəfli və həm Azərbaycan, həm də ekspert komandamız üçün faydalı etməyə çalışırıq”.

Avropadakı təcrübəmizi müzakirə etmək vacibdir

Baş ekspertin sözlərinə görə, söhbət yalnız biliklərin ötürülməsindən deyil, həm də Azərbaycan tərəfindən təhlükə vektorları və ən aktual risklər barədə geridönüşün alınmasından gedir: “Təhlükələrin minimuma endirilməsi üsullarını, Azərbaycanda mövcud təcrübəni, eləcə də Avropada dəyişən risk mənzərəsinə qarşı mübarizə təcrübəmizi müzakirə etmək vacibdir. Bununla yanaşı, biz insidentləri idarəetmə bölmələri, xüsusən də CERT komandaları üçün kurs keçiririk”.

Yeganə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Aprel 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see483

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see363

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see324

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see295

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see267

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see264

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see261

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see217

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see213

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see213

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see212

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see210

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see208

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see208

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see205

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see198

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see179

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri