Icma.az
close
up
RU
Bakıda beynəlxalq elmi simpozium işə başlayıb

Bakıda beynəlxalq elmi simpozium işə başlayıb

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aprelin 10-da Bakıda radionuklid terapiya və nüvə təbabətinə həsr olunmuş ilk beynəlxalq elmi tədbir – Radiofarmasevtik Müalicə üzrə Beynəlxalq Simpozium (ISRT 2025) işə başlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Nüvə Təbabəti Cəmiyyətinin 6-cı Konfransı ilə birgə keçirilən bu simpoziumda onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi sahəsində dünyanın müxtəlif ölkələrindən tanınmış alim və mütəxəssislər iştirak edirlər. Simpozium, radionuklid terapiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat –Ümumdünya Radiofarmasevtik və Molekulyar Terapiya Assosiasiyası (WARMTH) ilə birgə əməkdaşlıq çərçivəsində keçirilir.

Simpoziumun ilk iş günü xarici qonaqlar Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti və Radionuklid Terapiya Mərkəzinə baş çəkib, buradakı şərait və iş prosesi ilə yaxından tanış olublar.

Daha sonra Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev simpozium iştirakçıları ilə görüşüb, onlara Mərkəzin keçdiyi inkişaf yolu, fəaliyyət prinsipləri, son illərdə əldə edilmiş uğurlar barədə geniş məlumat verib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan beynəlxalq simpoziumun açılışında çıxış edən Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini professor Əziz Əliyev ölkəmizdə onkoloji sahəyə göstərilən dövlət dəstəyi barədə məlumat verib.

Azərbaycanda xərçəng xəstəliyinin rastgəlmə tezliyinə görə kişilər arasında ağciyər, qadınlar arasında süd vəzi xərçənginin birinci yerdə dayandığını deyən professor fikirlərinə belə davam edib: “Xərçəng xəstəliyi kompleks müalicə tələb edir. Akademik Cəmil Əliyev Azərbaycanda kompleks onkologiya xidmətlərinin faktiki olaraq banisi və möhtəşəm Mərkəzin təsisçisidir. Pasiyentlər bir Mərkəzdə kompleks müayinədən keçirlər”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Əməkdar həkim Rəşad Mahmudov radionuklid terapiya və nüvə təbabətinin müasir dövrdə xərçəng xəstəliyinin diaqnozunun qoyulmasında və müalicəsində aparıcı istiqamətləri özündə ehtiva etdiyini bildirib. Deputatın sözlərinə görə, innovativ və çoxistiqamətli yanaşmanın inkişaf etdirilməsi əsas etibarı ilə pasiyentlərin nəticələrinin dünya səviyyəsində yaxşılaşdırılmasında həkimlərin üzərinə böyük məsuliyyət qoyur. Bu kontekstdə beynəlxalq inkişaf, elmi təcrübə və biliklərin mübadiləsi indiyə kimi daha aktual və əhəmiyyətli olub.

“Son illərdə Azərbaycanın səhiyyə sistemində nəzərəçarpacaq transformasiya, əsaslı dönüşlər baş verib. Onkologiya xidmətinin keyfiyyəti yaxşılaşıb, səhiyyə sahəsində çalışan işçi qüvvəsinin potensialı gücləndirilib. Digər tərəqqi isə nüvə təbabəti diaqnostika sahəsində baş verməkdədir. Həmin sahədə reaktiv maddələrdən həm diaqnostika, həm də müalicə məqsədilə istifadə olunmaqdadır. Bu da xərçəngdən əziyyət çəkən pasiyentlərin həyatında böyük dəyişiklik deməkdir”, - deyə R.Mahmudov qeyd edib.

Nüvə təbabəti şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov isə ölkəmizdə aparılan radionuklid terapiya və yerli radiofarmasevtik dərman vasitələrinin istehsal imkanları barədə təqdimatla çıxış edib.

ISRT 2025 simpoziumu ABŞ, Almaniya, Belçika, Finlandiya, Avstriya, İtaliya, Avstraliya, Misir, Türkiyə və digər ölkələrdən nüfuzlu mütəxəssisləri bir araya gətirərək, radionuklid terapiya sahəsində son yenilikləri müzakirə etməyə imkan yaradır. Tədbirin əsas məqsədi qlobal elmi əməkdaşlığın gücləndirilməsi, innovativ müalicə üsullarının təşviqi və radiofarmasevtik dərmanların klinik tətbiqi üzrə təcrübə mübadiləsidir.

Simpoziumun ilk günündə ABŞ Nüvə Təbabəti Cəmiyyətinin (SNMMI) prezidenti Keti Katler, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) nümayəndəsi Diana Paez, WARMTH prezidenti professor Kalevi Kairemo da daxil olmaqla bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Onlar radionuklid terapiya sahəsindəki trendlər, qlobal əməkdaşlıq imkanları və perspektivlərlə bağlı elmi mülahizələrini təqdim ediblər.

Tədbir zamanı, həmçinin bədii hissə təqdim olunub.

Qeyd edək ki, nüvə təbabətində “teranostika” – yəni radioaktiv maddələrlə eyni anda həm diaqnostika, həm də müalicə – son illərdə dünya üzrə onkoloji xəstələrin həyatında dönüş nöqtəsinə çevrilib. Azərbaycan bu sahədə regionun öncül ölkələrindən biri olaraq 2017-ci ildən etibarən Milli Onkologiya Mərkəzində teranostik müalicələrə start verib və yüksək klinik nəticələr əldə edib. Bu uğurlar bir sıra beynəlxalq nəşrlərdə də işıqlandırılıb.

ISRT-2025 kimi tədbirlər həmin uğurlu təcrübələrin paylaşılması, yeni tədqiqatların təşviqi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bakının ev sahibliyi etdiyi bu simpozium region ölkələri ilə əməkdaşlıq üçün yeni imkanlar açır və Azərbaycanın nüvə təbabəti sahəsindəki lider mövqeyini bir daha təsdiqləyir.

Beynəlxalq simpozium aprelin 12-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Aprel 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri