Icma.az
close
up
RU
Bakıda beynəlxalq yoqa festivalına hazırlıq başa çatır

Bakıda beynəlxalq yoqa festivalına hazırlıq başa çatır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

III Beynəlxalq Yoqa Festivalı - Nine Senses Fest-2026 ərəfəsində, 12–14 iyun tarixlərində Bakının müxtəlif məkanlarında və Sea Breeze istirahət kompleksində keçiriləcək tədbirin proqramı və konsepsiyasına həsr olunmuş mətbuat konfransı baş tutub.

Nine Senses Fest 2026 sadəcə müxtəlif təcrübələri bir araya gətirən festival deyil. Bu, insanın dayanıb öz daxili dünyasına nəzər sala bildiyi bir məkandır. Bədənin, zehnin və ruhun vahid təcrübə axınında birləşdiyi bir platformadır.

Festival Leyla Əliyeva — Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Yoqa Federasiyasının prezidenti və Nine Senses Art Center-in təsisçisinin təşəbbüsü və dəstəyi ilə keçirilir.

Mətbuat konfransında Nine Senses mərkəzinin akademik direktoru Natalya Jukova bildirib ki, festivala hazırlıq yekun mərhələyə çatıb və işlər intensiv şəkildə davam etdirilir.

Nine Senses Fest-2026-nın mövzusu “Köklərdən inkişafa” şüarı seçilib. Bu ideya insanın öz mənşəyinə, mədəni irsinə və ənənələrinə diqqətlə yanaşmasını ifadə edir. Məhz bu dəyərlər gələcək inkişaf, şəxsi yüksəliş və irəliyə doğru hərəkət üçün möhkəm təməl rolunu oynayır.

Festival tədbirləri altı müxtəlif məkanda keçiriləcək. Proqramın bir hissəsi Nine Senses mərkəzinin ərazisində, əsas tədbirlər isə Nine Senses Art Center məkanında təşkil olunacaq. Qonaqlar üçün tematik zonalar, ustad dərsləri, mühazirələr, praktik məşğələlər və dəvətli ekspertlərlə görüşlər hazırlanıb.

Təşkilatçılar uşaq istiqamətinə də xüsusi diqqət ayırıblar. Proqrama gənc iştirakçılar üçün xüsusi təhsil və yaradıcılıq fəaliyyətləri daxil edilib.

Qeyd edək ki, Nine Senses Fest 12, 13 və 14 iyun tarixlərində altı müxtəlif məkanda keçiriləcək. Festivalda Azərbaycan, Rusiya, Hindistan, Türkiyə və Avropadan 80-dən çox aparıcı mütəxəssis iştirak edəcək.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyun 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri