Bakıda Dünya kuboku bu gün başa çatır
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya kubokuna bu gün yekun vurulacaq.
Redaktor.az xəbər verir ki, üç gündür davam edən yarışların final mərhələsində gimnastlar halqa, top, lent və gürzlər kimi müxtəlif alətlərlə fərdi proqramlarda, eləcə də 3 halqa + 2 cüt gürz və 3 top + 2 cüt gürz kombinasiyaları üzrə qrup hərəkətlərində qüvvələrini sınayırlar.
Artıq 13-cü dəfədir ki, ölkəmizdə keçirilən bədii gimnastika üzrə Dünya kubokuna 42 ölkədən ən istedadlı gimnastlar toplaşıblar.
Qeyd edək ki, bu kuboku digərlərindən fərqləndirən əsas məqam onun Los-Anceles 2028 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşımasıdır.
Yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup hərəkətləri komandası ənənəyə uyğun olaraq "AGF Trophy" mükafatına layiq görüləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 19 Aprel 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















