Bakıda keçirilən WUF13 forumu bu gün başa çatır
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası bu gün rəsmi olaraq yekunlaşacaq.
Avtosfer.az xəbər verir ki, günün proqramına şəhərsalma, dayanıqlı inkişaf və təhlükəsiz yaşayış məkanları ilə bağlı panel müzakirələri, konfranslar və dəyirmi masalar daxildir. Forumun ikinci yarısında isə rəsmi bağlanış mərasimi keçiriləcək.
Tədbir bayraq təhvilvermə mərasimi ilə başa çatacaq. Növbəti Ümumdünya Şəhərsalma Forumunun 2028-ci ildə Meksikada təşkili planlaşdırılır.
Xatırladaq ki, forum fəaliyyətinə mayın 17-də başlayıb, mayın 18-də isə rəsmi açılış mərasimi keçirilib. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edərək çıxış edib.
BMT-nin Məskunlaşma Proqramı – UN-Habitat və Azərbaycan hökumətinin birgə təşkil etdiyi tədbir “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub.
Forum tarixində ilk dəfə olaraq qeydiyyatdan keçən iştirakçıların sayı 40 mini ötüb. Eyni zamanda, tədbir çərçivəsində Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Liderlər Sammiti də təşkil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 22 May 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















