Icma.az
close
up
RU
Bakıda Bolt sürücüsü maşında cinsi əlaqədə olduğu məmuru belə ŞANTAJ ETDİ

Bakıda Bolt sürücüsü maşında cinsi əlaqədə olduğu məmuru belə ŞANTAJ ETDİ

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda taksi sürücüsü qadın sərnişini şantaj edib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Həsən Əkbərov (ad və soyad şərti) adlı taksi sürücüsü ilə sərnişini olan Humay Quliyeva (ad və soyad şərti) arasında münasibətlər yaranıb. Belə ki, qadının "Bolt" şirkətindən etdiyi taksi sifarişinə Həsən "Toyota Prius" markalı avtomobili ilə gəlib. Qadını yaşadığı Binəqədi rayonundakı evindən çalışdığı nazirliyin Yasamal rayonundakı şöbəsinə aparıb. Sonradan qadına zəng edib və mesajlar yazaraq, axşam onu işdən evə aparmaq istədiyini deyib.

Qadın işdən sonra İçərişəhərdə iftar məclisinə getmək üçün taksi sifariş etmək istəyib. Lakin səhvən Həsənin mobil nömrəsinə yığıb. Həsən Humayı götürüb əvvəlcə iftar məclisinə, sonra isə yaşadığı Binəqədi rayonuna aparıb. Evlərinə gedərkən yol boyunca aralarında səmimi münasibətlər yaranıb. Sonra Həsən avtomobilin arxa oturacağına keçib və qadınla təbii yolla cinsi əlaqədə olub.

Evli və iki azyaşlı uşağı olan Həsən gecə yarı da Humaya görüntülü yığaraq utanmamasını deyib və yataq paltarında olan qadından sinəsini açmasını istəyib. Humay onun istəyini yerinə yetirib. Danışığın sonunda Həsən avtomobili üçün ehtiyat hissələri alacağını deyib və ondan 2000 manat pul istəyib. Lakin Humay ona sadəcə 50 yaxud 100 manat verəcəyini deyib. Həsən maşını ustaya aparacağını, düzəlməsə yeni avtomobil almalı olduğunu bildirib və bunun üçün qadından yüksək məbləğdə pul istəyib. Bunu görən Humay onu "blok"a atıb.

Qadının əməlindən əsəbiləşən Həsən isə başqa nömrə ilə ona mesaj yazıb. O, cinsi əlaqədə olduqları və videogörüntülü zəngdə yaşadıqlarının qeydlərini Humaya atıb və yüksək məbləğdə pul istəyib. Əl-ayağa düşən qadın müxtəlif vaxtlarda ümumilikdə Həsənə 10 min 700 manat pul göndərib.

Zərərçəkən hüquq-mühafizə orqanlarına şikayət edib və Həsən Əkbərov saxlanılıb. O, yekun olaraq, Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsiniin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 İyul 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri