Icma.az
close
up
RU
Bakıda bu ərazilərdə kirayə qiymətləri bahalaşacaq 10 20%

Bakıda bu ərazilərdə kirayə qiymətləri bahalaşacaq 10 20%

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yay aylarının sonu və payızın gəlişi ilə Bakıda kirayə mənzil bazarında ən aktiv mövsüm start götürür. Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunan tələbələrin paytaxta axını yaxın günlərdə kirayə evlərə olan tələbatı kəskin artıracaq. Tələbin yüksəlməsi isə öz növbəsində xüsusilə münasib qiymətli mənzillərin kirayə haqlarında artımla müşahidə olunacaq.

Bunu Modern.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib.

Ekspertin sözlərinə görə, ən kəskin bahalaşma universitetlərin yerləşdiyi və ya nəqliyyat infrastrukturuna yaxın ərazilərdə qeydə alınacaq.

"Nərimanov, Yasamal, Nəsimi, Səbail və Xətai rayonlarının bəzi hissələri, eləcə də metrostansiyalara yaxın məhəllələr bu baxımdan daha çox seçilir. "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar", "Gənclik", "Nəriman Nərimanov", "28 May", "Memar Əcəmi" və "Neftçilər" metro stansiyalarının ətrafında yerləşən mənzillərə olan maraq hər zaman olduğu kimi, bu il də yüksəkdir".

Akif Nəsirli qiymət artımının hansı aralıqda dəyişəcəyinə və ən çox tələb olunan mənzil tiplərinə də diqqət çəkib:

"Qiymət artımı mənzilin vəziyyətindən, təmirindən, yerləşdiyi mərtəbədən və binanın infrastrukturundan asılı olaraq dəyişir. Bəzi hallarda kirayə haqları əvvəlki aylara nisbətən 10-20 faiz arta bilər. Xüsusilə bir və ikiotaqlı mənzillər tələbələr tərəfindən daha çox axtarıldığı üçün bu seqmentdə bahalaşma daha nəzərəçarpan olacaq".

İqtisadçı onu da əlavə edib ki, bazardakı qiymət artımı bütün ərazilərdə eyni dərəcədə hiss olunmayacaq.

"Şəhər mərkəzindən uzaq və ictimai nəqliyyat imkanları məhdud olan ərazilərdə qiymətlər daha sabit qalacaq. Əgər yeni yaşayış komplekslərində təklif çox olarsa, həmin ərazilərdə qiymət artımı nisbətən zəif hiss edilə bilər. Lakin ümumilikdə tələbə mövsümü tam başlayana qədər kirayə bazarında aktivliyin artması və xüsusən universitetlərlə metro stansiyalarına yaxın ərazilərdə qiymətlərin yüksəlməsi gözlənilən tendensiyadır", - deyə o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyul 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri