Yayda bu ərazilərdə kirayə qiymətləri BAHALAŞIB
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
"Yay mövsümündə kirayə bazarında ən yüksək qiymət artımı turizm və istirahət amili ilə seçilən ərazilərdə qeydə alınır".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, şəhərin mərkəzi hissəsində yerləşən Səbail, Nəsimi, Nərimanov və qismən Xətai rayonlarında kirayə mənzillərə tələbat yüksək olaraq qalır:"Bu rayonlarda turist axını, mərkəzdə iş və xidmət sektorunun aktivliyi səbəbindən qiymətlərdə ciddi enmə müşahidə edilmir və bazar sabit qalır.
Ən nəzərəçarpan bahalaşma isə dənizə yaxın fərdi yaşayış evləri və bağ evlərinin yerləşdiyi ərazilərdə baş verir. Xüsusilə Xəzər rayonunun Mərdəkan, Buzovna və Bilgəh qəsəbələrində yay mövsümündə kirayə qiymətləri əhəmiyyətli dərəcədə yüksəlir. Eyni tendensiya Sabunçu rayonunun dənizkənarı qəsəbələrində də müşahidə olunur. Burada bağ evlərinə və mövsümi istirahət üçün nəzərdə tutulan fərdi yaşayış evlərinə tələbat artdığı üçün qiymətlər yüksəlir.
Ümumilikdə bazarın əsas xüsusiyyəti ondan ibarətdir ki, mənzil sahibləri qiymətləri aşağı salmağa maraqlı deyillər. Onlar yaxşı bilirlər ki, yaydan sonra, xüsusilə sentyabr ayında kirayə mənzillərə tələbat yenidən artacaq və qiymətlər daha da yüksələcək. Buna görə də əksər ev sahibləri qısamüddətli endirim etmək əvəzinə mövcud qiymətləri saxlamağa üstünlük verirlər".
Bu mövzuda digər xəbərlər:Bakıda bu ərazilərdə mənzillər BAHALAŞIB
12 Mart 2025 11:33
Kirayə mənzillər ən çox hansı ərazilərdə BAHALAŞIB? QİYMƏTLƏR
22 Avqust 2025 09:24
Bakıda mənzillər ən çox bu ərazilərdə BAHALAŞIB
20 Dekabr 2024 10:00
Bu ərazilərdə kirayə evlər fantastik qiymətə BAHALAŞIB 5 min AZN dək...
08 Dekabr 2025 13:44
Bakıda günlük kirayə evlər BAHALAŞIB
06 Noyabr 2024 14:53
Baxış sayı:151
Bu xəbər 08 İyul 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















