Icma.az
close
up
RU
Bakıda bu halda kirayə qiymətləri kəskin ucuzlaşa bilər

Bakıda bu halda kirayə qiymətləri kəskin ucuzlaşa bilər

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Yataqxanaların tikilməsi və ya universitetlərin kampus tipli şəhərciklər şəklində şəhərdən kənara köçürülməsi təklifi Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən dəfələrlə irəli sürülüb.

Bunu  Milli.Az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

O bildirib ki, bu addım daşınmaz əmlak bazarında qiymətlərin tənzimlənməsinə də təsir göstərə bilər.

"Eyni zamanda, universitetlərin şəhər mərkəzindən və mərkəzə yaxın ərazilərdən kənara çıxarılması tıxacların müəyyən qədər azalmasına səbəb ola bilər. Rəsmi rəqəmlərə nəzər salsaq, hazırda universitet yataqxanalarında yerləşdirilən tələbələrin sayı təxminən 4 min nəfər civarındadır. Nəzərə alsaq ki, ali məktəblərə hər il 50 mindən çox tələbə qəbul olunur və ümumilikdə ölkədə təxminən 200 minə yaxın tələbə var, bu halda yataqxanalarda yerləşmə cəmi 2 faiz təşkil edir. Halbuki normativlərə görə tələbələrin ən azı 25-30 faizi yataqxana ilə təmin edilməlidir".

Sədr qeyd edib ki,yataqxanaların tikintisi tikinti şirkətləri üçün xüsusi təşviq proqramları vasitəsilə stimullaşdırılmalıdır.

"Pulsuz torpaq sahələrinin ayrılması, vergi güzəştlərinin tətbiqi və digər dəstək mexanizmləri hesabına daha çox yataqxana tikmək mümkün ola bilər. Bu isə birbaşa kirayə bazarına təsir göstərə bilər. Belə ki, kirayə mənzil axtaranların təxminən yarısını tələbələr təşkil edir və bu kifayət qədər böyük göstəricidir. Kirayə tələbinin azalması daşınmaz əmlakın satış qiymətlərinə də təsir edə bilər ki, bu da son nəticədə mənzil bazarında qiymət artımının qarşısının qismən alınmasına səbəb ola bilər. Yataqxanaların sayının artırılması həm sosial layihə, həm də təhsilin gələcəyinə yönəlmiş investisiya kimi qiymətləndirilə bilər. Hər il on minlərlə tələbə təhsil almaq üçün Bakıya gəlir və valideynlərin minimum və ya orta əməkhaqqı ilə paytaxtda kirayə mənzil tutmaq imkanı məhdud olur. Bu baxımdan, yeni yataqxanaların tikilməsi bütün sosial təbəqələr üçün mühüm addım hesab oluna bilər", - deyə o qeyd edib.​ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Mart 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see707

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see578

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see325

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see297

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see294

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see284

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see283

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see260

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see257

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see254

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see247

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see245

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see244

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see241

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see240

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see240

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see235

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see221

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see213

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri