Icma.az
close
up
RU
Bakıda mənzillərin kirayə qiymətləri ARTIB

Bakıda mənzillərin kirayə qiymətləri ARTIB

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bu ilin ilk rübündə Bakının kirayə mənzil bazarında qiymət artımı davam edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, yanvar, fevral və mart aylarında paytaxtın bütün inzibati rayonlarında həm yeni tikili, həm də köhnə tikili mənzillərin kirayə qiymətlərində artım qeydə alınıb. Artım əsasən mərkəzi və biznes aktivliyi yüksək olan rayonlarda daha qabarıq müşahidə olunur.

Yanvar ayında kirayə bazarında ən yüksək artım mərkəzi rayonlarda qeydə alınıb. Səbail rayonunda yeni tikili mənzillərin kirayə qiymətləri +1,4 %, köhnə tikililərdə isə +1,2 % artıb. Bu rayonda ikiotaqlı mənzillərin ortaaylıq kirayə qiyməti yeni tikililərdə təxminən 1 400 manat, köhnə tikililərdə isə 1 000 manat təşkil edib.

Nəsimi rayonunda yeni tikililərdə artım +1,3 %, köhnə tikililərdə +1,1 %, Yasamal rayonunda isə müvafiq olaraq +1,25 % və +1,05 % olub. Bu rayonlarda ortaaylıq kirayə qiyməti yeni tikililərdə Nəsimidə təxminən 1 000 manat, Yasamalda 700 manat, köhnə tikililərdə isə müvafiq olaraq 700 manat və 550 manat civarında formalaşıb.

Nərimanov rayonunda yeni tikili mənzillərin kirayə qiymətləri +1,2 %, köhnə tikililərdə isə +1 % artıb. Bu rayonda ortaaylıq kirayə qiyməti yeni tikililərdə 800 manat, köhnə tikililərdə isə 600 manat olub.

Xətai rayonunda yeni tikililərdə +1,1 %, köhnə tikililərdə +0,9 %, Nizami rayonunda isə müvafiq olaraq +1 % və +0,9 % artım qeydə alınıb. Bu rayonlarda orta kirayə qiyməti yeni tikililərdə Xətaidə 800 manat, Nizamidə 700 manat, köhnə tikililərdə isə müvafiq olaraq 550 manat təşkil edib.

Digər rayonlarda artım daha mülayim olub. Binəqədi rayonunda yeni tikililərdə qiymətlər +0,9 %, köhnə tikililərdə +0,8 %, Sabunçu rayonunda isə hər iki kateqoriya üzrə +0,8 % artıb. Bu rayonlarda orta kirayə qiyməti yeni tikililərdə Binəqədidə təxminən 650 manat, Sabunçuda 550 manat, köhnə tikililərdə isə müvafiq olaraq 500 manat və 400 manat təşkil edib.

Suraxanı rayonunda yeni və köhnə tikililərdə artım +0,7 %, Qaradağ rayonunda isə +0,6 % olub. Bu rayonlarda kirayə qiymətləri yeni tikililərdə orta hesabla Suraxanıda 550 manat, Qaradağda 400 manat, köhnə tikililərdə isə müvafiq olaraq 450 manat və 300 manat təşkil edib.

Paytaxtın kənar ərazilərində yerləşən rayonlarda artım nisbətən aşağı olub. Xəzər rayonunda yeni və köhnə tikili mənzillərin kirayə qiymətləri +0,6 %, Pirallahı rayonunda isə yeni tikililərdə +0,5 %, köhnə tikililərdə +0,4 % artıb. Bu rayonlarda orta kirayə qiyməti yeni tikililərdə Xəzərdə təxminən 450 manat, Pirallahıda 300 manat, köhnə tikililərdə isə müvafiq olaraq 300 manat və 250 manat səviyyəsində olub.

Ümumilikdə yanvar ayında Bakı üzrə orta kirayə qiyməti artımı yeni tikili mənzillərdə 1,05 %, köhnə tikililərdə isə 0,92 % təşkil edib.

Fevral ayında kirayə bazarında artım tempi yanvarla müqayisədə bir qədər zəifləsə də, bütün rayonlarda müsbət dinamika qorunub.

Belə ki, Səbail rayonunda yeni tikililərdə artım +1,1 %, köhnə tikililərdə +0,9 %, Nəsimi rayonunda isə müvafiq olaraq +1 % və +0,8 % olub. Yasamal rayonunda yeni tikililərdə +0,95 %, köhnə tikililərdə +0,75 %, Nərimanov rayonunda isə +0,9 % və +0,7 % artım qeydə alınıb.

Bu rayonlarda orta kirayə qiymətləri də müvafiq olaraq artaraq Səbaildə yeni tikililərdə təxminən 1 410 manat, Nəsimidə 1 005 manat, Nərimanovda 810 manat, Yasamalda isə 705 manat səviyyəsində formalaşıb.

Xətai rayonunda yeni tikililərdə kirayə qiymətləri +0,8 %, köhnə tikililərdə +0,7 %, Nizami rayonunda isə müvafiq olaraq +0,8 % və +0,7 % artıb. Binəqədi rayonunda yeni tikililərdə +0,7 %, köhnə tikililərdə +0,6 % artım müşahidə olunub.

Digər rayonlarda artım daha aşağı səviyyədə olub. Sabunçu rayonunda hər iki kateqoriya üzrə +0,6 %, Suraxanı rayonunda +0,5 %, Qaradağ rayonunda isə +0,4 % artım qeydə alınıb.

Eyni zamanda Xəzər rayonunda yeni və köhnə tikili mənzillərdə +0,4 %, Pirallahı rayonunda isə hər iki kateqoriya üzrə +0,3 % artım olub.

Fevral ayında Bakı üzrə orta kirayə qiyməti artımı yeni tikili mənzillərdə 0,71 %, köhnə tikililərdə isə 0,62 % təşkil edib.

Mart ayında kirayə bazarında artım tempi yenidən bir qədər yüksəlib.

Belə ki, Səbail rayonunda yeni tikililərdə artım +1,2 %, köhnə tikililərdə +1 %, Nəsimi rayonunda isə müvafiq olaraq +1,1 % və +0,9 % olub. Yasamal rayonunda yeni tikililərdə +1 %, köhnə tikililərdə +0,85 %, Nərimanov rayonunda isə +1 % və +0,8 % artım qeydə alınıb.

Mart ayında orta kirayə qiymətləri də yüksələrək Səbaildə yeni tikililərdə təxminən 1 420 manat, Nəsimidə 1 015 manat, Nərimanovda 815 manat, Yasamalda isə 710 manat səviyyəsinə çatıb.

Xətai rayonunda yeni tikililərdə kirayə qiymətləri +0,9 %, köhnə tikililərdə +0,8 %, Nizami rayonunda isə müvafiq olaraq +0,9 % və +0,8 % artıb. Binəqədi rayonunda yeni tikililərdə +0,8 %, köhnə tikililərdə isə +0,7 % artım müşahidə olunub.

Digər rayonlarda da müsbət dinamika davam edib. Sabunçu rayonunda hər iki kateqoriya üzrə +0,7 %, Suraxanı rayonunda +0,6 %, Qaradağ rayonunda isə +0,5 % artım qeydə alınıb.

Eyni zamanda Xəzər rayonunda yeni və köhnə tikili mənzillərdə +0,5 %, Pirallahı rayonunda isə hər iki kateqoriya üzrə +0,4 % artım olub.

Mart ayında Bakı üzrə orta kirayə qiyməti artımı yeni tikili mənzillərdə 0,81 %, köhnə tikililərdə isə 0,72 % təşkil edib.

Yanvar-mart aylarının nəticələrinə əsasən aparılan hesablamalara görə, bəzi rayonlarda kirayə qiymətlərinin orta artım tempi daha yüksəkdir. Məsələn, Nərimanov rayonunda yeni tikili mənzillər üzrə orta artım 1,03 %, köhnə tikililər üzrə isə 0,83 % təşkil edir.

Ümumilikdə kirayə bazarında artımın xüsusilə Səbail, Nəsimi, Yasamal və Nərimanov kimi mərkəzi və işgüzar rayonlarda daha yüksək olduğu müşahidə olunur. Bu isə əsasən həmin ərazilərdə nəqliyyat əlçatanlığının və yaşayışa olan tələbatın daha yüksək olması ilə izah edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Mart 2026 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri