Bakıda bu mənzil 8 milyon manata satışa çıxarıldı FOTOLAR
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda satışa çıxarılan mənzillər arasında qiyməti ilə seçilən yeni elan yayımlanıb. Paytaxtın mərkəzində yerləşən lüks yaşayış kompleksindəki mənzilə tələb olunan məbləğ milyonlarla ölçülür.
“Yeni Sabah” xəbər verir ki, elan saytlarında “Crescent Residences” yaşayış kompleksində yerləşən 3 otaqlı mənzil satışa çıxarılıb. 28-ci mərtəbədə yerləşən mənzilin sahəsi 375 kvadratmetrdir. Mənzil üçün isə nə az, nə çox 7 milyon 968 min 750 manat qiymət müəyyən edilib.
Qeyd edək ki, “Crescent Residences” Xəzər dənizinin sahilində, “Crescent Bay” kompleksinin ərazisində yerləşir. Layihəyə 5 ulduzlu “St. Regis” hoteli, “Crescent Offices” biznes mərkəzi və “Crescent Mall” ticarət mərkəzi daxildir. Marqarita pizza
Yaşayış kompleksində sakinlər üçün qapalı hovuz, SPA mərkəzi, idman zalı, yeraltı avtodayanacaq, resepsiyon və 24 saat təhlükəsizlik xidməti nəzərdə tutulub. Mənzillərin satışı üçün 15 faiz ilkin ödəniş və 48 ayadək faizsiz daxili kredit imkanı da təklif olunur. Yəni mənzili almaq istəyən şəxs ilkin ödəniş kimi təxminən 1 milyon 195 min manat ödəməlidir. Qalan məbləğ isə 48 aya bölünərsə, aylıq ödəniş təxminən 141113 manat təşkil edir.
Mənzilin ümumi qiyməti ilə yanaşı, bir kvadratmetrinin dəyəri də kifayət qədər yüksəkdir. Belə ki, 375 kvadratmetrlik mənzilin hər kvadratmetri 21 min 250 manata təklif olunur.
Bu məbləğ Bakıda mənzil bazarı üçün fantastik qiymət hesab oluna bilər. Elan paytaxtda lüks daşınmaz əmlak seqmentində qiymətlərin hansı həddə çatdığını bir daha göstərir. 8 milyona yaxın məbləğə satışa çıxarılan mənzil adi alıcılar üçün əlçatmaz görünür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 03 Noyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















