Icma.az
close
up
RU
Bakıda da peyda olmağa başlayır KONKRET

Bakıda da peyda olmağa başlayır KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Havaların istiləşməsi ilə birlikdə təbiətdə sürünənlərin, xüsusilə də ilanların aktivliyi artıb. Mütəxəssislər bildirirlər ki, yaz-yay aylarında ilanların yaşayış məntəqələrinə yaxın ərazilərdə görünmə ehtimalı yüksəlir. Bu isə həm Bakıda, həm şəhərətrafı ərazilərdə, həm də bölgələrdə yaşayan insanlar üçün təhlükə yaradır.

Ümumiyyətlə, ilan və digər sürünənlərdən necə qorunmaq olar?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının müdiri Təvəkkül İsgəndərov bildirib ki, ilanlar digər sürünənlər kimi soyuqqanlı heyvanlardır:

“Buna görə də qış aylarında qışlama dövrünə keçir, havalar isinməyə başlayanda isə yenidən aktivləşirlər. Torpağın temperaturu təxminən 17-18 dərəcəyə çatdıqda ilanlar qışlama yerlərindən çıxmağa başlayır. Bu proses bəzi illərdə martda, bəzi illərdə isə aprel ayında müşahidə olunur. Qışlamadan çıxan ilanlar uzun müddət qidasız qaldıqları üçün yem axtarmaq məqsədilə ətraf ərazilərə yayılırlar. Bu səbəbdən onların yaşayış məntəqələrində, bağlarda, təsərrüfat sahələrində və insanların istifadə etdiyi digər ərazilərdə görünməsi mümkündür. Xüsusilə yaz aylarında torpaq tam isinmədiyindən ilanlar gün ərzində daha fəal olur və insanlarla qarşılaşma halları artır”.

Mütəxəssis deyib ki, ilanlarla rastlaşmaların çoxalmasının digər səbəbi insanların onların təbii yaşayış mühitlərinə daha çox müdaxilə etməsidir:

“Yeni yaşayış məntəqələrinin salınması, təsərrüfat fəaliyyətinin genişlənməsi və təbii ərazilərin azalması nəticəsində insanlarla ilanların təmas ehtimalı yüksəlir. Bu isə bəzən ilanların sayının artdığı təəssüratı yaradır. Əslində isə ilanlar artmır, sadəcə onların yaşayış sahələri daralır. Yay aylarında hava çox isti olduğundan ilanlar əsasən səhər və axşam saatlarında aktiv olurlar. Günün qızmar vaxtlarında isə daşların, ağac qalıqlarının, dəmir parçalarının və digər kölgəli yerlərin altında gizlənirlər. Belə yerləri təmizləyərkən ehtiyatlı olmaq lazımdır. Payızda havalar soyumağa başlayanda ilanlar qışlamaq üçün sabit temperaturu olan sığınacaqlar axtarırlar. Bunlar əsasən qayaların altındakı boşluqlar, torpaqaltı çatlar və digər qorunan məkanlardır. Bəzən yaşayış evlərinin zirzəmilərinə və ya digər qapalı sahələrinə də daxil ola bilirlər”.

T.İsgəndərovun sözlərinə görə, ilanların həyətlərə gəlməsinin əsas səbəblərindən biri onların qida bazasının mövcudluğudur:

“Siçanlar, siçovullar, quş balaları və digər kiçik heyvanlar ilanları həmin əraziyə cəlb edir. Buna görə də həyətlərdə təmizlik qorunmalı, tullantılar və ilanların gizlənə biləcəyi əşyalar yığışdırılmalıdır. Bəzi insanlar kirpilərin ilanları tamamilə uzaqlaşdırdığını düşünürlər. Doğrudur, kirpi ilanla qarşılaşdıqda ona müqavimət göstərə bilər. Lakin bu, kirpinin bütün ilanları məhv etməsi və ya həyəti ilanlardan tam təmizləməsi demək deyil”.

Təvəkkül İsgəndərov deyib ki, ilan gördükdə ən vacib qayda sakit qalmaqdır:

“İlanlar adətən insana hücum etmir və ilk növbədə uzaqlaşmağa çalışırlar. Onların üstünə getmək, vurmağa və ya öldürməyə çalışmaq təhlükəlidir. Əgər ilan evdə və ya həyətdə görünərsə, təhlükəsiz məsafədə dayanmaq, mümkün olduqda onu bir əşya ilə örtərək yerini müəyyənləşdirmək və aidiyyəti qurumlardan kömək istəmək tövsiyə olunur. Profilaktik tədbirlərə əməl etməklə və ehtiyatlı davranmaqla ilanlarla qarşılaşma zamanı yaranan riskləri minimuma endirmək mümkündür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 İyun 2026 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri