Bakıda daha bir marşrut xətti üzrə elektrobuslar fəaliyyətə başlayıb
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Çinar Trans” MMC-nin istismarında olan 133 nömrəli marşrut xətti üzrə “Yutonq” markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.
Bu barədə "Cebheinfo.az"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub.
"Cebheinfo.az"



Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Bakıda daha bir marşrut xətti üzrə elektrobuslar fəaliyyətə başlayıb
02 Dekabr 2024 11:22

