Icma.az
close
up
RU
Bakıda daşınmaz əmlak bazarı üzrə qiymətlər açıqlanıb CƏDVƏL

Bakıda daşınmaz əmlak bazarı üzrə qiymətlər açıqlanıb CƏDVƏL

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Ötən ay Bakıda daşınmaz əmlak bazarının bütün seqmentləri üzrə qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən artıb.

Bu barədə "APA-Economics"ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

Səbaildə torpağın qiyməti 29% artıb

O bildirib ki, ay ərzində torpaq sahələri üzrə ən yüksək qiymət artımı Səbail rayonunda qeydə alınıb:

"Burada torpağın orta qiyməti 431,7 min manata yüksələrək 29% artım nümayiş etdirib. Yasamalda bu göstərici 206,6 min manat olub (+26%), Nəsimidə isə 298 min manat (+21%). Nizami rayonunda torpaqların orta qiyməti 65,2 min manat (+19%), Binəqədidə 55,8 min manat (+14%), Nərimanovda 302,7 min manat (+14%) təşkil edib. Digər rayonlarda artım nisbətən daha mülayim olub – Xətai 237,3 min manat (+12%), Xəzər 26,6 min manat (+12%), Suraxanı 26 min manat (+10%), Sabunçu 47,2 min manat (+10,8%), Qaradağ 15,2 min manat (+7%), Pirallahı isə 9,3 min manat (+8%).

Nərimanovda obyektlər 20% bahalaşıb

Qeyri-yaşayış sahələrinin qiymətləri də əhəmiyyətli dərəcədə yüksəlib. 2025-ci ilin iyulunda Nərimanov rayonunda obyektlərin orta qiyməti 5 642 manat (+20%), Nəsimidə 5 169 manat (+19%), Yasamalda 8 145 manat (+18%), Səbaildə 8 203 manat (+16%) təşkil edib. Digər rayonlarda da artım davam edib: Nizami 4 105 manat (+13%), Sabunçu 4 634 manat (+11%), Xətai 6 103 manat (+10%), Xəzər 2 259 manat (+10%), Binəqədi 3 563 manat (+9%), Suraxanı 3 039 manat (+7%), Pirallahı 2 002 manat (+4%), Qaradağ isə 2 029 manat (+5,3%)".

Yeni tikili mənzillər üzrə ən çox bahalaşma Yasamalda qeydə alınıb

V.Orucun sözlərinə görə, yeni tikili mənzillərdə də bahalaşma müşahidə olunub:

"Yasamal rayonunda mənzillərin orta qiyməti 3 022 manat (+26%), Xətai və Nərimanovda 3 028–3 808 manat aralığında (+22%), Səbaildə isə 3 846 manat (+22%) olub. Nəsimi rayonunda göstərici 3 493 manat (+21%), Nizami rayonunda 2 730 manat (+18%), Sabunçuda 2 518 manat (+12%) təşkil edib. Digər rayonlarda isə artım nisbətən aşağı olub: Binəqədi 2 628 manat (+10%), Xəzər 2 224 manat (+9%), Suraxanı 2 024 manat (+9,1%), Pirallahı 1 312 manat (+8%), Qaradağ isə 1 612 manat (+5,6%).

Köhnə evlərin 1 kvadrat metri 3 min manata çatıb

Köhnə tikililərin qiymətləri üzrə ən yüksək artım Yasamalda qeydə alınıb – mənzillərin orta qiyməti 2 497 manata qalxaraq 27% artım göstərib. Səbail rayonunda qiymətlər 2 992 manata (+24%), Nəsimidə 2 513 manata (+18%), Nərimanovda 2 789 manata (+15%) çatıb. Digər rayonlarda da artım qeydə alınıb: Nizami 2 488 manat (+9%), Xətai 2 515 manat (+10%), Sabunçu 2 002 manat (+11%), Binəqədi 2 392 manat (+8%), Xəzər 1 397 manat (+8%), Suraxanı 1 810 manat (+6%), Qaradağ 1 298 manat (+6%). Yeganə zəif artım Pirallahıda müşahidə olunub – cəmi 0,9% (1 279 manat)".

Fərdi evlərdə bahalaşma davam edir

"Fərdi yaşayış evləri üzrə isə ən böyük qiymət artımı Səbail rayonunda qeydə alınıb – evlərin orta qiyməti 3 029 manata yüksələrək 29% artıb. Nizami rayonunda bu göstərici 809 manat (+17%), Sabunçuda 697 manat (+16%), Nərimanovda 2 116 manat (+16%), Nəsimidə 1 514 manat (+14%) təşkil edib. Digər rayonlarda da artım davam edib: Xəzər 807 manat (+13%), Suraxanı 706 manat (+12%), Yasamal 1 512 manat (+10%), Binəqədi 854 manat (+10%), Xətai 1 008 manat (+9%), Pirallahı 507 manat (+8%), Qaradağ isə 703 manat (+7%)", - deyə müsahibimiz əlavə edib.

Ümumi mənzərə

Məlumatlar göstərir ki, 2025-ci ilin iyul ayında Bakıda daşınmaz əmlak bazarında qiymət artımları bütün seqmentlər üzrə davam edib. Ən yüksək bahalaşma torpaq sahələri və fərdi evlərdə, xüsusilə də Səbail, Yasamal və Nərimanov rayonlarında qeydə alınıb. Ümumilikdə, ötən ay 2024-cü ildə Bakı şəhərində torpaq sahələri üzrə qiymətlər orta hesabla 15–20%, mənzillər üzrə 5–10%, qeyri-yaşayış sahələri və fərdi evlər üzrə isə 6–12% aralığında artıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Avqust 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see239

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see194

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see181

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see160

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see160

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see142

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see138

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see136

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see130

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see130

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see126

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see123

Donald Tramp Yaxın Şərqdə sülh planına dəstək verən ölkələrlə bağlı paylaşım edib

02 Oktyabr 2025 08:41see123

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see123

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see122

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see120

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see119

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see119

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see117

I Liqa: Səbail in Şamaxı sınağı, Şəfa MOİK ə qarşı

02 Oktyabr 2025 11:52see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri