Icma.az
close
up
RU
Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”?

Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin iyun ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi Səbail rayonunda qeydə alınıb. Burada bir sot torpağın orta qiyməti 422 780 manat təşkil edib ki, bu da illik müqayisədə 28 % çoxdur.

Nərimanov və Nəsimi rayonları da torpaq bazarında yüksək göstəricilərlə seçilib. Nərimanovda orta qiymət 296 591 manat (+ 13 % ), Nəsimidə isə 292 385 manat (+20 % ) olub. Ötən ay bir sot torpağın orta qiyməti Yasamal rayonunda 202 588 manat (+25 %), Xətai rayonunda 232 965 manat (+12 %), Nizami rayonunda 63 842 manat (+18 %), Binəqədi rayonunda 54 875 manat (+14 %), Sabunçu rayonunda 46 352 manat (+10,5 %), Xəzər rayonunda 25 988 manat (+11 %), Suraxanı rayonunda 25 541 manat (+10 %), Qaradağ rayonunda 14 971 manat (+7 %), Pirallahı rayonunda isə 9 124 manat (+8 %) olub.

Qeyd edək ki, daşınmaz əmlakla bağlı göstərilən rəqəmlər vətəndaşlar üçün əlçatan deyil. Yalnız torpaq sahəsi deyil, evlərin də qiyməti bahalaşmaqda davam edir.Maraqlıdır, orta qiyməti 422 780 manat olan bir sot torpağı kimlər alır və nəyə görə ölkədə daşınmaz əmkaın bahalaşmasının qarşısı alınmır?

Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Cebheinfo.az"-a bildirib ki, torpaq tükənəndir və həm də qeyri-adi qiymətlərlə bazara çıxarılanlar var:

"Bu o demək deyil ki, o qiymətə kimsə nəsə alır. Bu ərazilərdə ən çox da kommersiya obyekti, yaxud da yaşayış kompleksi tikmək olur. Yəni torpaq üzərində harada qazanc yüksəkdirsə orada inşa edilir. Ancaq qeyri-adi hallar olur. 

Belə ki, normadan çox qiymətə onu satışa çıxarır. Bu o demək deyil ki, kimsə real olaraq həmin torpağa o qədər vəsait ayıra biləcək. Hətta "Ağ şəhər"də elə torpaq sahəsi vardı ki, sotu 800 min manata çatırdı. Yəni oranın sahibi düşünür ki, nə vaxtsa bu yer dövlət layihəsinə düşəcək və dövlət də həmin miqdarda vəsaiti ona verəcək.

Bu torpaq sahələri adi vətəndaş üçün deyil. Yəni adi vətəndaş gedib öz cibinə görə torpaq tapıb alır, ev tikir. Sözsüz ki, hər il də qiymətlər qalxmaqdadır. Çünki torpaq da tükənir. Mən məsələni belə qoyardım ki, nə üçün ölkədə daşınmaz əmlakın bahalaşmasının qarşısını almaq üçün tədbirlər görülmür?

Bugünlərdə ölkə başçısının fərmanına əsasən, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85 milyon manat və yaxud 8 % artırılaraq 1 milyard 68,4 milyon manatdan 1 milyard 153,4 milyon manata çatdırılıb. 

Ancaq bu da bir fkatdır ki, daşınmaz əmlakın həcmi iki dəfə az olsa, ipotekadan yararlanan şəxslərin sayı da iki dəfə çox olar. Əsas problemlərdən biri odur ki, tikinti şirkətləri arasında rəqabət yoxdur.

Hər kəs düşündüyü qiyməti qoyur. Ancaq rəqabət olsa belə olmaz. Tikinti şirkətləri də Dövlət Şəhərsalma və Arxitektura Komitəsininin qarşısında 5-6 ildir növbəyə durublar. Heç kim icazə ala bilmir. Əvvəlki illərdə Bakının Baş planı hazır deyildi. Ancaq il yarımdır ki, hazırdır. Heç nə dəyişməyib.

Bürokratik əngəllər kimi amillər ona gətirib çıxarır ki, qiymətlər yüksəlir. Məsələn, bir armaturun qiyməti 780 manatdan 1200 manata çatıb. Bəs Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır? 

Vətəndaş götürdüyü ipoteka üçün ömür boyu o krediti qaytarmalıdır. Bu, normal bir hal deyil. İpoteka götürən bir vətəndaş özünü hər şeydən məhrum edir. Əvvəllər ipotekanı götürürdülər 50 min manat, indi isə 150 min manat götürürlər. Digər bir məsələ odur ki, ipoteka götürən bir şəxsə 150 min manat bütöv verilir.

Niyə hər şəxsə bu qədər verilməlidir? Ehtiyacı olan şəxsə 50 min manat ayırsalar ipoteka hamıya çatar. İpoteka 1 ay içərisində paylanır və ikinci ay banklarda heç bir resurs olmur, növbəyə də düşmək çətinləşir”.

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: daşınmaz əmlak bazar qiymət Elnur Azadov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 İyul 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see190

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see165

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see142

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see137

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see134

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri