Icma.az
close
up
RU
Bakıda dəhşətli CİNAYƏT: Salam verdiyi üçün ÖLDÜRÜLDÜ

Bakıda dəhşətli CİNAYƏT: Salam verdiyi üçün ÖLDÜRÜLDÜ

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

2024-cü il iyunun 28-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, qətl hadisəsi Sabunçu qəsəbəsi, Mayakovski küçəsi, 1 ünvanında yerləşən Dəmiryol vağzalının qarşısında baş verib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, ölümə Rasim Əhmədovun mədəaltı vəzinin və dalaq arteriyasının zədələnməsi ilə əlaqədar baş vermiş kəskin qanitirmə səbəb olub.

Məlumata görə, hadisəni törədən Vüqar Əliyev 1987-ci ildə Ağcabədi rayonunda anadan olub. 2019-cu ildə rayon məhkəməsinin hökmü ilə CM-nin 177-ci (oğurluq) və 237.1-ci ( qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə) maddələri ilə 3 il azadlıqdan məhrum olunub. Milli Məclisin 2021-ci il tarixli Amnistiya Qərarına əsasən cəzadan azad edilib.

Oxu.Az xəbər verir ki, Lent.Az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, iyunun 28-i gecə saat 1 radələrində Sabunçu vağzalının qarşısında Vüqar Əliyev tanışları ilə söhbət edərkən, Rasim Əhmədov yaxınlaşıb əl uzadaraq salam verib. Tanışına qarşılıqlı salam vermədiyi üçün Vüqarla Rasimin arasında mübahisə yaranıb. İctimai yerdə, hadisə yerinə toplaşan insanların gözləri qarşısında silah qismində istifadə etdiyi vintaçanla Vüqar Əliyev Rasim Əhmədovun qarnına 2 dəfə zərbə vurub. Nəticədə Rasim ölüb.

İş üzrə dindirilmiş Vüqar Əliyev bildirib ki, 2021-ci ilin dekabr ayında azadlığa buraxılıb. Sabunçu qəsəbəsində kirayədə yaşayıb, Sabunçu bazarında fəhlə işləyib:

"Şüvəlan istintaq təcridxanasında olanda Rasim Əhmədovla tanış olmuşuq. Onunla yaxın münasibət saxlamırdım. Cəzamı çəkib azadlığa çıxandan sonra yaşadığım qəsəbədə Rasimi dəfələrlə görmüşdüm. Amma məhkumlar arasında qeyri-ciddi və hörmətsiz adam kimi tanındığı üçün ona salam vermirdim. İyunun 27-də səhər bazara getdim. Günorta tanışlarımla kafedə oturub çay içib, nərd oynadım. Gecə saat 1 radələrində Sabunçu vağzalının qarşısında Şamil adlı tanışım və digər şəxslərlə söhbət edərkən, Rasim Əhmədov tanımadığım 2 nəfərlə birlikdə bizə tərəf gəldi. Rasim əlini uzatsa da, heç kim salamını almadı.

Üzünü mənə çevirib, "niyə salamımı almırsan?" soruşanda, ona "get, səni pis günə qoymayım" söylədim. Cavab olaraq Rasim mənə "qoymayanın" deyərək ağır söyüş söydü. Onun üzünə başımla zərbə vuranda, Rasim yumruqla cavab qaytardı. Yanımda olan şəxslər bizi ayırsalar da, Rasim Əhmədov yenə ünvanıma nalayiq ifadələr işlətdi. Şalvarımın bel hissəsində saxladığım vintaçanı çıxarıb Rasimin üzərinə getdim və sol böyür hissəsinə 2 dəfə zərbə vurdum. Sonra aləti yerə atdım. 12-ci şöbəyə gedib vağzalın qarşısında adam vurduğumu bildirdim".

Şahid qismində dindirilmiş 12-ci Polis Şöbəsinin təhqiqatçısı Elvin İbrahimov ifadəsində göstərib ki, şöbəyə yaxınlaşan vətəndaş vağzalın yanında adam bıçaqlandığını xəbər verib. Hadisə yerinə çatanda bir nəfəri yerdə uzanıqlı vəziyyətdə görüblər. Təcili Tibbi Yardımın gəlməsini gözləmədən yaralanan şəxsi özləri xəstəxanaya aparıblar.

Şahid Arif Ağayev bildirib ki, özünə məxsus "Hyundai" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur:

"İyunun 28-i gecə saat 1 radələrində Sabunçu vağzalında avtobus dayanacağında adamların toplaşdığını gördüm. Həmin vaxt avtomobildə müştəri olduğundan dayanmadım və Zabrat qəsəbəsinə getdim. Geri qayıdanda orada dayanan adamlardan nə baş verdiyini soruşdum. Həmin şəxslərdən biri "taksi sürücüsü Etibarın oğlunu kimsə bıçaqlayıb, onu xəstəxanaya apardılar" dedi. Rasimin bıçaqla vurulmasını öyrənən kimi Etibarin yaşadığı ünvana getdim. Birlikdə xəstəxanaya yollandıq. Orada bizə məlum oldu ki, Rasim Əhmədov xəstəxanaya çatdırılanda artıq dünyasını dəyişib".

Rasimin meyiti

Məhkəmə iclasında Vüqar Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib. İstintaqda verdiyi ifadəsindən fərqli olaraq bildirib ki, hadisə günü mebel yığmaq üçün Binə qəsəbəsinə gedib. Ona görə də üzərində içində vintaçan və digər alətlər olan çanta olub:

"Ev sahibi ilə içki içdik. Evə gedərkən marketin qarşısında Rasim Əhmədovla rastlaşdım. Rasim onunla "niyə kinli davrandığımı" soruşdu və bundan sonra aramızda mübahisə başladı. Cəzalandırmaq məqsədi ilə vintaçanla Əhmədova zərbələr vurdum. Onu öldürmək niyyətim yox idi. Cinayəti törədəndə mənə heç kim kömək etməyib".

Hadisə olan ərazi

Zərərçəkmiş şəxsin hüquqi varisi Etibar Əhmədov ifadəsində göstərib ki, oğlu soyğunçuluq əməlinə görə məhkum olunub:

"İyunun 28-də gecə məni çölə çağıran Arif adlı taksi sürücüsü, Rasimin xəstəxanaya aparıldığını bildirdi. Xəstəxanaya gedəndə, polis əməkdaşı zəng edərək, oğlumun öldürülməsi haqda məlumat verdi".

Mərhumun atası təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.

Məhkəmə nəticəyə gəlib ki, Vüqar Əliyevin əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif edilib. Ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Vüqar Əliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:343
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Aprel 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri