Icma.az
close
up
RU
Salam verdiyi üçün öldürüldü Sabunçu vağzalının qarşısında ŞOK CİNAYƏT

Salam verdiyi üçün öldürüldü Sabunçu vağzalının qarşısında ŞOK CİNAYƏT

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

CİNAYƏT İŞİ

Qısa arayış...

2024-cü il iyunun 28-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, qətl hadisəsi Sabunçu qəsəbəsi, Mayakovski küçəsi, 1 ünvanında yerləşən Dəmiryol vağzalının qarşısında baş verib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Rasim Əhmədovun mədəaltı vəzinin və dalaq arteriyasının zədələnməsi ilə əlaqədar baş vermiş kəskin qanitirmə səbəb olub.
Məlumata görə, hadisəni törədən Vüqar Əliyev 1987-ci ildə Ağcabədi rayonunda anadan olub. 2019-cu ildə rayon məhkəməsinin hökmü ilə CM-nin 177-ci (oğurluq) və 237.1-ci ( qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə) maddələri ilə 3 il azadlıqdan məhrum olunub. Milli Məclisin 2021-ci il tarixli Amnistiya Qərarına əsasən cəzadan azad edilib.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, iyunun 28-i gecə saat 1 radələrində Sabunçu vağzalının qarşısında Vüqar Əliyev tanışları ilə söhbət edərkən, Rasim Əhmədov yaxınlaşıb əl uzadaraq salam verib. Tanışına qarşılıqlı salam vermədiyi üçün Vüqarla Rasimin arasında mübahisə yaranıb. İctimai yerdə, hadisə yerinə toplaşan insanların gözləri qarşısında silah qismində istifadə etdiyi vintaçanla Vüqar Əliyev Rasim Əhmədovun qarnına 2 dəfə zərbə vurub. Nəticədə Rasim ölüb.
İş üzrə dindirilmiş Vüqar Əliyev bildirib ki, 2021-ci ilin dekabr ayında azadlığa buraxılıb. Sabunçu qəsəbəsində kirayədə yaşayıb, Sabunçu bazarında fəhlə işləyib:

“Şüvəlan istintaq təcridxanasında olanda Rasim Əhmədovla tanış olmuşuq. Onunla yaxın münasibət saxlamırdım. Cəzamı çəkib azadlığa çıxandan sonra yaşadığım qəsəbədə Rasimi dəfələrlə görmüşdüm. Amma məhkumlar arasında qeyri-ciddi və hörmətsiz adam kimi tanındığı üçün ona salam vermirdim. İyunun 27-də səhər bazara getdim. Günorta tanışlarımla kafedə oturub çay içib, nərd oynadım. Gecə saat 1 radələrində Sabunçu vağzalının qarşısında Şamil adlı tanışım və digər şəxslərlə söhbət edərkən, Rasim Əhmədov tanımadığım 2 nəfərlə birlikdə bizə tərəf gəldi. Rasim əlini uzatsa da, heç kim salamını almadı.

Üzünü mənə çevirib, “… niyə salamımı almırsan?” soruşanda, ona “get səni pis günə qoymayım” söylədim. Cavab olaraq Rasim mənə “qoymayanın” deyərək ağır söyüş söydü. Onun üzünə başımla zərbə vuranda, Rasim yumruqla cavab qaytardı. Yanımda olan şəxslər bizi ayırsalar da, Rasim Əhmədov yenə ünvanıma nalayiq ifadələr işlətdi. Şalvarımın bel hissəsində saxladığım vintaçanı çıxarıb Rasimin üzərinə getdim və sol böyür hissəsinə 2 dəfə zərbə vurdum. Sonra aləti yerə atdım. 12-ci şöbəyə gedib vağzalın qarşısında adam vurduğumu bildirdim”.


Şahid qismində dindirilmiş 12-ci Polis Şöbəsinin təhqiqatçısı Elvin İbrahimov ifadəsində göstərib ki, şöbəyə yaxınlaşan vətəndaş vağzalın yanında adam bıçaqlandığını xəbər verib. Hadisə yerinə çatanda bir nəfəri yerdə uzanıqlı vəziyyətdə görüblər. Təcili Tibbi Yardımın gəlməsini gözləmədən yaralanan şəxsi özləri xəstəxanaya aparıblar.
Şahid Arif Ağayev bildirib ki, özünə məxsus “Hyundai” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur:

“İyunun 28-i gecə saat 1 radələrində Sabunçu vağzalında avtobus dayanacağında adamların toplaşdığını gördüm. Həmin vaxt avtomobildə müştəri olduğundan dayanmadım və Zabrat qəsəbəsinə getdim. Geri qayıdanda orda dayanan adamlardan nə baş verdiyini soruşdum. Həmin şəxslərdən biri “taksi sürücüsü Etibarın oğlunu kimsə bıçaqlayıb, onu xəstəxanaya apardılar” dedi. Rasimin bıçaqla vurulmasını öyrənən kimi Etibarin yaşadığı ünvana getdim. Birlikdə xəstəxanaya yollandıq. Orda bizə məlum oldu ki, Rasim Əhmədov xəstəxanaya çatdırılanda artıq dünyasını dəyişib”.

Rasimin meyiti
Məhkəmə iclasında Vüqar Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib. İstintaqda verdiyi ifadəsindən fərqli olaraq bildirib ki, hadisə günü mebel yığmaq üçün Binə qəsəbəsinə gedib. Ona görə də üzərində içində vintaçan və digər alətlər olan çanta olub:

“Ev sahibi ilə içki içdik. Evə gedərkən marketin qarşısında Rasim Əhmədovla rastlaşdım. Rasim onunla “niyə kinli davrandığımı” soruşdu və bundan sonra aramızda mübahisə başladı. Cəzalandırmaq məqsədi ilə vintaçanla Əhmədova zərbələr vurdum. Onu öldürmək niyyətim yox idi. Cinayəti törədəndə mənə heç kim kömək etməyib”.

Hadisə olan ərazi
Zərərçəkmiş şəxsin hüquqi varisi Etibar Əhmədov ifadəsində göstərib ki, oğlu soyğunçuluq əməlinə görə məhkum olunub:

“İyunun 28-də gecə məni çölə çağıran Arif adlı taksi sürücüsü, Rasimin xəstəxanaya aparıldığını bildirdi. Xəstəxanaya gedəndə, polis əməkdaşı zəng edərək, oğlumun öldürülməsi haqda məlumat verdi”.

Mərhumun atası təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.
Məhkəmə nəticəyə gəlib ki, Vüqar Əliyevin əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif edilib. Ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Vüqar Əliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Aprel 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see281

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see126

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri