Icma.az
close
up
RU
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? VİDEO KONKRET

Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? VİDEO KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir aydan çoxdur ki, Bakıda bəzi dövlət qurumlarında dəyişkən iş qrafikinin tətbiqi paytaxtda nəqliyyat yükünün azalmasına hesablansa da, şəhərdə ardı-arası kəsilməyən tıxaclar müşahidə edilir.

KONKRET.az xəbər verir ki, bu fonda universitet və məktəblərdə dərs saatlarının dəyişdirilməsi məsələsi də müzakirə olunur.

Bəs dərslərin daha gec başlaması və ya fərqli saatlarda təşkil edilməsi tıxacların azalmasına kömək edə bilərmi?

Təhsil eksperti Rizvan Fikrətoğlu Xəzər TV-ya bildirib ki, dərs saatlarının vaxtı dəyişdirilərsə, məktəb və universitetlərin iş yükü ağırlaşacaq.

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, Bakıda və paytaxtətrafı ərazilərdə işə və dərsə başlama saatlarının dəyişdirilməsi gözlənilən nəticəni verməyə bilər.

Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində və böyük şəhərlərində bu təcrübə müəyyən müsbət nəticələr verir. Lakin həmin şəhərlərdə əsas məqsədlərdən biri ictimai nəqliyyatda sərnişin yükünü daha uzun zaman intervalına bölməkdir.

Ərşad Hüseynovun fikrincə, problemin həlli yalnız saatların dəyişdirilməsi ilə məhdudlaşmamalıdır. Orta təhsil müəssisələri ilə bağlı elə şərait yaradılmalıdır ki, vətəndaşlar yaşadıqları əraziyə yaxın məktəblərdən istifadə edə bilsinlər.

Ekspert qeyd edib ki, dərs saatlarının dəyişdirilməsi müəyyən hallarda, xüsusilə ictimai nəqliyyatda pik saatlardakı yükün bölüşdürülməsinə kömək edə bilər. Bakıda tıxac probleminin həlli üçün məktəb və universitetlərin yerləşməsi, ictimai nəqliyyatın təşkili və şəhərsalma planlaşdırılması kimi məsələlərin də kompleks şəkildə nəzərdən keçirilməsi vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Oktyabr 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri