Bakıda diplom satan a cinayət işi açıldı
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Bakıda akademiyaya qəbul olunub təhsil almaq istəyənə qarşı dələduzluq edilib.
Lent.az-ın məlumatına görə, zərərçəkən Vahid Əmiraslanov (soyad şərtidir) iş yerindən diplom tələb olunduğu üçün akademiyalardan birinə qəbul olunmaq istəyib. Bunu eşidən 48 yaşlı Altay Babayev (soyad şərtidir) bu işdə ona kömək edəcəyini deyib. Bunun üçün Vahiddən 6500 manat istəyib.
İttiham aktına görə, Altay Vahidə deyib ki, həmin pul qarşılığında akademiyanın radioelektron avadanlıqları fakültəsinə qəbul olunub qiyabi təhsil alacaq və 4 il sonra diplomu əldə edəcək. Lakin o, aldığı 6500 manat əvəzində vədini yerinə yetirməyərək, Vahidi aldadıb. Nəticədə zərərçəkən məcbur qalaraq, polisə şikayət edib.
Şikayətdən sonra Altay saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, dəymiş ziyanı zərərçəkənə tam ödəyib və əməlindən peşmandır. Həmçinin dələduzluqla əldə etdiyi 6500 manatın 25 faizini dövlət nəfinə köçürüb. Buna görə, məhkəmədən cinayət işinə xitam verilməsini xahiş edib.
Xəzər rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və Altay Babayev məsuliyyətdən azad olunub.
Baxış sayı:97
Bu xəbər 01 Oktyabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















