Bakıda dondurulmuş toyuq ətinə tələbat artıb VİDEO
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda xaricdən idxal edilən dondurulmuş toyuq ətinə tələbat artıb.
Milli.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, bu məhsulların satışı ilə məşğul olan sahibkarlar qiymətlərin yerli məhsullarla müqayisədə daha ucuz olmasının alıcı marağını şərtləndirdiyini bildirirlər.
Qeyd olunur ki, idxal olunan dondurulmuş toyuqlala yerli istehsal olan toyuq əti arasında qiymət fərqi kifayət qədər kəskindir. Məhz bu səbəbdən həmin məhsulların əsas alıcıları restoran və ictimai iaşə obyektləridir.
Sözügedən məhsullar, əsasən, Ukrayna və Belarusdan idxal edilir. Bazar qiyməti 4-5 manat arasında dəyişən bu toyuqların üzərində "halal" sertifikatının olduğu da vurğulanır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:194
Bu xəbər 02 İyul 2026 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















