Icma.az
close
up
RU
Bakıda içki məclisində dava düşdü TƏFƏRRÜAT

Bakıda içki məclisində dava düşdü TƏFƏRRÜAT

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Pirallahı rayonunda 1979-cu il təvəllüdlü Vaqif və 1983-cü il təvəllüdlü Mahir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışları Vüsala (adlar şərtidir – red.) xəsarət yetiriblər. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vaqif tanışı Mahir ilə bir qrup şəxs halında 15 iyul 2023-cü ildə, saat 20 radələrində ictimai yer hesab olunan kafenin qarşısında Vüsal ilə heç bir əsaslı səbəb olmadan, yəni sonuncunun nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruq və təpiklə vurublar. Ona müxtəlif dərəcəli xəsarətlər yetiriblər. 
Hadisəni törədən Vaqif və Mahirin barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vaqif özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, qeyd olunan kafeni işlədərək ailəsini dolandırır: “Mahir mənim dostumdur. Hər gün səhər saat 9 radələrində kafeni açıram, axşam saat 00:00-da bağlayıram. 15 iyul 2023-cü ildə, təxminən saat 18 radələrində işlətdiyim  kafedə tanışlarım ilə birlikdə oturub söhbət edərək vaxt keçirdik. Həmin vaxt qəsəbə sakini kimi tanıdığım Vüsal kafeyə gəldi, masalardan birinə tək əyləşdi. Az sonra isə bizim oturduğumuz masaya yaxınlaşıb əyləşmək istədiyini bildirdi. Biz buna etiraz etdikdə Vüsal israrla masaya əyləşmək və birlikdə vaxt keçirmək istədiyini bildirdi. Onun sərxoş vəziyyətdə olduğunu gördükdə etiraz etmədik. Vüsal masaya əyləşdikdən sonra nalayiq ifadələrlə mühüm şəxsləri təhqir etməyə və onun ailə üzvlərinin haqqında xoşagəlməz ifadələr işlətməyə başladı. Həmin vaxt kafedə olan Aydın, Həsən, Teliş, Bahar, Sonra və Samirə adlı şəxslər də Vüsalın dediklərini eşitdilər. Onlar Vüsala bu cür ifadələr işlətməməsini bildirdilər. Vüsal onların iradlarına məhəl qoymadığı üçün məcbur qalaraq oturduğumuz stoldan qalxdıq, kafedə olan müştərilər üçün nəzərdə tutulmuş kabinetə keçdik”. 
Vaqif qeyd edib ki, bir az sonra Vüsal yenidən onların oturduqları kabinetə gələrək təkrar onlarla oturmaq istədiyini bildirib: “Biz isə Vüsala nalayiq ifadələr işlətməyəcəksə, normal davranacaqsa oturmasını bildirdik. Vüsal bir daha belə hərəkətlərə yol verməyəcəyi barədə söz verdi. Vüsal bizim masamıza əyləşdikdən az sonra ağız dolusu narkotik vastələrdən istifadə etməsi barədə danışmağa başladı. Bu söhbətlərdən sonra biz Vüsala kafeni tərk etməsini bildirdik. Bu zaman Vüsal deyinə-deyinə tezliklə geri qayıdacağını bildirdi və kafeni tərk etdi. Bundan təxminən 20 dəqiqə sonra kafedə olan zaman oğlum Elçin bildirdi ki, Vüsal əlində bıçaqla məni axtarır, məni öldürəcəyini, dərhal kafenin çölünə çıxmağımı tələb edir. Mən də dərhal kafedən çölə çıxdım. Bu zaman kafedə ət doğramaq üçün istifadə etdiyi baltanı da özüm ilə götürdüm və kafenin önünə gəldim. Bu vaxt Vüsalın üzərində 3 ədəd bıçaq olduğunu və dostum Mahir ilə mübahisə etdiyini gördüm. Mən sağ əlimdə balta ilə onlara yaxınlaşdım. Vüsal məni görərək mənim və ailəmin ünvanına nalayiq ifadələr işlətməyə başladı. Həmin vaxt təpiklə Vüsalın qarnından vurdum. Vüsal zərbənin təsirindən yerə yıxıldı. Yerə yıxıldıqdan sonra Vüsalın üzərində olan bıçağın birini mən, ikisini isə oğlum onun üzərindən götürdü. Mən Vüsala yaxınlaşaraq bir neçə dəfə təpiklə onu vurdum. Bundan sonra Vüsal özündən getdi. Bu zaman Mahir onu ayıltmağa başladı. Bir neçə dəqiqə sonra Vüsal özünə gəldi və yenə də ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Mən isə Vüsalı yumruq və təpiklə vurmuşam. Həmin vaxt dostum Mahir də Vüsalı əli ilə vurub”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalın sözlərinə görə, Vaqif və Mahiri uzun müddətdir tanıyır, aralarında yaxşı münasibət olub: “İyulun 15-də 1 manat 20 qəpik pulum olub və qərara gəldim ki, Vaqifin işlətdiyi kafeyə gedim, həmin pulla bir bakal pivə içib. Bu məqsədlə Vaqifin işlətdiyi kafeyə getdim. Kafeyə girəndə gördüm ki, Vaqif və Mahir bir neçə nəfərlə oturub yemək yeyirlər. Bu zaman onlar məni də stollarına dəvət etdilər. Mən onlarla bir rumka araq içdim. Daha sonra Vaqifin oğlundan idmana gedib-getməməsini soruşdum. Bu zaman Teliş adlı şəxs acıqlı şəkildə mənə “sənə demədim sakit dur!?” dedi. Bundan sonra heç nə deməyərək pivə bakalını götürdüm və digər stola keçdim. Az müddət oturduqdan sonra kafeni tərk etdim. Yolda yadıma düşdü ki, sarı jiletim kafedə qalıb və jiletimi götürmək üçün kafeyə geri qayıtdım. Kafeyə yaxınlaşanda çöldə Vaqifi  gördüm və ona bildirdim ki, biz bir yerdə çörək yemişik, elədiyi hərəkət yaxşı hərəkət deyil. Bundan sonra Vaqif yumruqla məni vurdu. Mən zərbənin təsirindən yerə yıxılan zaman Vaqifin oğlu zibillikdən tapdığım bıçaqları belimdən götürdü”.
Bu cinayət işinə Pirallahı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxslərin əməli sübuta yetirilməyib. Onların barəsində bəraət hökmü çıxarılıb. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Fevral 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri