Icma.az
close
up
RU
Bakıda kürəkən qayın arasında dava TƏFƏRRÜAT

Bakıda kürəkən qayın arasında dava TƏFƏRRÜAT

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Xəzər rayonunda qayın-gəlin arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin avqustun 8-də Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq  sahəsində baş verib. 
Qax rayon sakini, 1977-ci il təvəllüdlü Nəriman həmin gün saat 03:00-da qardaşı Vaqif ilə birlikdə sərxoş halda onun yaşadığı Binə qəsəbəsi, Atçılıq sahəsindəki evinə gəlib. Onları sərxoş halda görən Vaqifin arvadı Məlahət ərinin evə sərxoş və gec gəldiyi üçün öz iradını bildirib. 
Elə buna görə də aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. 
Mübahisə nəticəsində Nəriman qardaşı arvadı Məlahəti qəsdən əli ilə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Nərimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəriman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, zərərçəkmiş Məlahət onun qardaşının arvadıdır: 
“Avqustun 7-dən 8-nə keçən gecə Vaqiflə birlikdə restoranda yeyib-içdikdən sonra çıxdıq və Vaqifin yaşadığı Binə Atçılıqdakı evinə gəldik. Qapını Vaqifin yoldaşı Məlahət açdı. Biz evə daxil olan kimi Məlahət bizə içkili və gecə vaxtı evə gəldiyimiz üçün irad bildirərək mübahisə etməyə başladı. 
Məlahət ilə Vaqifin mübahisəsi təxminən 1 saat çəkdi. Mən onları sakitləşdirməyə çalışsam da, Məlahət sakit olmadı. Bundan əsəbləşərək Məlahəti əlim ilə sinəsindən vurdum və qolundan bərk tutaraq sıxdım, onu kənara itələdim. Vaqif Məlahət ilə mübahisə etsə də, Məlahəti vurmayıb”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Məlahətin sözlərinə görə, avqustun 8-ə keçən gecə, yəni gecə saat 3 radələrində əri Vaqif, böyük qardaşı Nəriman ilə birlikdə içkili vəziyyətdə evə gəliblər: 
“Mən yuxudan oyanaraq  qapını açdım. Hər ikisi sərxoş halda evə daxil oldular. Yoldaşım Vaqifin 3 gündür evə gəlmədiyini, hansısa qadınla yaşadığını bildiyimdən, ondan soruşanda ki, harada idin, elə buna görə aramızda mübahisə yarandı. Mübahisə nəticəsində qaynım Nəriman Vaqifə bildirdi ki, sən dayan, mən onun cavabını verəcəm. Nəriman evin içərisində üstünə gələrək bədənimin müxtəlif yerlərinə əllə, təpiklə vuraraq xəsarət yetirdi”. 
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Nəriman 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxsin yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. 
Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 May 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri