Icma.az
close
up
RU
Bakıda ərini öldürüb həyətdə basdıran qadını ödədiyi kredit ələ verib Detallar

Bakıda ərini öldürüb həyətdə basdıran qadını ödədiyi kredit ələ verib Detallar

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

10 ay əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsində itkin düşən 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin 39 yaşlı həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən odlu silahla qətlə yetirildiyi və meyiti yaşadığı evin həyətində basdırdığı müəyyən edilib.

Metbuat.az Teleraf.az-a istinadən xəbər verir ki, mərhumun atası Arif Əliyev hadisənin təfərrüatını danışıb.

Onun sözlərinə görə, gəlini Elmira İbrahimova onlara deyib ki, Samir sonuncu dəfə özünə məxsus tüfəngini götürüb və havaya atəş açaraq tələsik evdən çıxıb.

Ondan sonra Samir Əliyevdən xəbər olmayıb. Samirin anası gəlininə oğlunun necə evdən çıxdığını sual verəndə isə Elmira İbrahimova verdiyi cavabla qadının fikrini qarışdırıb.

Bundan başqa, Samir Əliyevin banka kredit borcu da olub. Atası bu ay ərzində itkin kimi qələmə verilən oğlunun kredit borcunu ödəmək istəyəndə, bankdan bildirilib ki, onun borcu hər ay Elmira İbrahimova tərəfindən ödənilir.

Bundan sonra Elmira şübhə çəkməyə başlayıb. Buna görə də ana və ata polis idarəsinə E.İbrahimovadan şikayət ediblər.

Hadisə yerinə Baş Polis İdarəsinin Kriminalistika Şöbəsi və Sabunçu Rayon Prokurorluğunun əməkdaşları cəlb ediliblər. Meyit evin həyətindən torpağın altından sellofan torbaya bükülmüş vəziyyətdə aşkarlanıb.

Yaxınları bildiriblər ki, E.İbrahimova Samirin meyitinin üzərinə gül əkirmiş, lakin həmin gül üç gün ərzində quruyub. Bundan başqa, meyit basdırılan əraziyə "giriş qadağandır" nişanı da yerləşdirib.

Samirin əmisi bildirib ki, hadisə baş verəndə onların kiçik qızı evdə olub.

Qeyd edək ki, cütlüyün birgə nikahdan üç qız övladı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 23 Oktyabr 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri