Icma.az
close
up
RU
Bakıda Euronews Academy təlim proqramının açılış mərasimi olub

Bakıda Euronews Academy təlim proqramının açılış mərasimi olub

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Medianın İnkişafı Agentliyi və "Euronews" telekanalının birgə əməkdaşlığı çərçivəsində "Euronews Academy" beynəlxalq tədris proqramının "TV və canlı jurnalistika" mövzusuna həsr olunan növbəti mərhələsi başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, təlim Bakı Dövlət Universitetində keçirilir.

Təlimin açılış mərasimində çıxış edən "Euronews"un Bakı üzrə icraçı direktoru Fernando Soares diqqətə çatdırıb ki, "live journalism" formatı auditoriya ilə birbaşa ünsiyyətə əsaslanan və iştirakçılıq prinsipini önə çıxaran yeni nəsil media təcrübəsidir.

O qeyd edib ki, təlim proqramı jurnalistlərə hadisələri canlı, faktoloji dəqiqlik və emosional təsir balansı ilə təqdim etmə bacarıqlarını təkmilləşdirməyə imkan yaradır. Vurğulanıb ki, bu təşəbbüs informasiya məkanında etibarlılığın və ictimai marağın davamlılığının təmininə xidmət edən mühüm addımdır.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə qeyd edib ki, müasir media mühitində televiziya jurnalistikasının keyfiyyət göstəricilərinin daha da yüksəldilməsi və yeni texnoloji trendlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. O bildirib ki, belə beynəlxalq əməkdaşlıq layihələri gənc jurnalistlərin bilik və bacarıqlarının inkişafına, həmçinin milli televiziya məzmununun beynəlxalq standartlara uyğunlaşdırılmasına töhfə verməklə yanaşı, medianın dayanıqlı inkişafına şərait yaradır.

Dördgünlük təlim proqramı Medianın İnkişafı Agentliyinin Bakı Dövlət Universitetindəki xüsusi auditoriyasında "Televiziya xəbərlərinin hazırlanması, televiziya reportajları və canlı yayım" mövzusu ilə başlayıb.

İştirakçılar "Euronews" telekanalının Astana bürosunun rəhbəri, televiziya yayımı sahəsində geniş təcrübəyə malik peşəkar jurnalist və media rəhbəri Bojan Brkiçin təqdimatında xəbər süjetlərinin hazırlanması, efir üçün materialların strukturlaşdırılması və canlı bağlantıların idarə olunması kimi praktiki bacarıqlarla tanış olublar.

Tədris prosesi interaktiv mühazirələr, praktiki tapşırıqlar, qrup müzakirələri və televiziya xəbərlərinin analizi ilə davam edib.

Qeyd edək ki, təlim proqramı noyabrın 14-dək davam edəcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Noyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri