Icma.az
close
up
RU
“Euronews Academy” layihəsinin növbəti təlim proqramı başlayıb FOTO

“Euronews Academy” layihəsinin növbəti təlim proqramı başlayıb FOTO

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Medianın İnkişafı Agentliyi və “Euronews” telekanalının birgə təşəbbüsü ilə keçirilən “Euronews Academy” layihəsi çərçivəsində “Rəqəmsal Jurnalistika (“Digital Journalism”)” mövzusunda növbəti təlim proqramına başlayıb.

APA xəbər verir ki, açılış mərasimində çıxış edən “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares bildirib ki, “Euronews Academy” proqramı beynəlxalq media təcrübəsinin jurnalistlərlə paylaşılması üçün mühüm platformadır. O qeyd edib ki, “Rəqəmsal Jurnalistika” təlimi iştirakçılara qlobal media standartlarını və yeni texnologiyaların tətbiqini praktik şəkildə öyrənmək imkanı yaradır.

Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli vurğulayıb ki, medianın inkişafı innovativ yanaşmalar və peşəkarlığın artırılması ilə birbaşa bağlıdır. O qeyd edib ki, sözügedən beynəlxalq layihələr yerli jurnalistlərin rəqəmsal bacarıqlarının güclənməsinə və media mühitinin dayanıqlı inkişafına töhfə verir.

Təlimin ilk günü “Rəqəmsal xəbər toplanması və məlumat əsaslı jurnalistika” mövzusuna həsr olunub. İştirakçılar “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkayanın təqdimatında rəqəmsal mühitdə məlumatların təhlili, faktların yoxlanılması və süjetlərin strukturlaşdırılması prinsipləri ilə tanış olublar.

Tədris prosesi interaktiv mühazirələr, qrup tapşırıqları, video analizlər ilə davam edib.

Qeyd edək ki, “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkaya, “Euronews”un Yunan xidmətinin və “Euronews” Daşkənd Bürosunun rəhbəri Akis Tatsis tərəfindən aparılan təlim proqramının növbəti günlərində “Sosial media və “YouTube” kanalının idarə olunması”, “Mobil jurnalistika” modulları üzrə sessiyalar keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Noyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri