Icma.az
close
up
RU
“Euronews Academy” “TV və canlı KONKRET

“Euronews Academy” “TV və canlı KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 11-də Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris proqramının “TV və canlı jurnalistika (“live journalism”)” mövzusuna həsr olunan növbəti mərhələsinə start verilib.

KONKRET.az xəbər verir ki, açılış mərasimində çıxış edən “Euronews”un Bakı üzrə icraçı direktoru Fernando Soares diqqətə çatdırıb ki, “live journalism” formatı auditoriya ilə birbaşa ünsiyyətə əsaslanan və iştirakçılıq prinsipini önə çıxaran yeni nəsil media təcrübəsidir. O qeyd edib ki, təlim proqramı jurnalistlərə hadisələri canlı, faktoloji dəqiqlik və emosional təsir balansı ilə təqdim etmə bacarıqlarını təkmilləşdirməyə imkan yaradır. Vurğulanıb ki, bu təşəbbüs informasiya məkanında etibarlılığın və ictimai marağın davamlılığının təmininə xidmət edən mühüm addımdır.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə qeyd edib ki, müasir media mühitində televiziya jurnalistikasının keyfiyyət göstəricilərinin daha da yüksəldilməsi və yeni texnoloji trendlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. O bildirib ki, belə beynəlxalq əməkdaşlıq layihələri gənc jurnalistlərin bilik və bacarıqlarının inkişafına, həmçinin milli televiziya məzmununun beynəlxalq standartlara uyğunlaşdırılmasına töhfə verməklə yanaşı, medianın dayanıqlı inkişafına şərait yaradır.

Dördgünlük təlim proqramı Medianın İnkişafı Agentliyinin Bakı Dövlət Universitetindəki xüsusi auditoriyasında“Televiziya xəbərlərinin hazırlanması, televiziya reportajları və canlı yayım” mövzusu ilə başlayıb. İştirakçılar “Euronews” telekanalının Astana bürosunun rəhbəri, televiziya yayımı sahəsində geniş təcrübəyə malik peşəkar jurnalist və media rəhbəri Bojan Brkiçin təqdimatında xəbər süjetlərinin hazırlanması, efir üçün materialların strukturlaşdırılması və canlı bağlantıların idarə olunması kimi praktiki bacarıqlarla tanış olublar.

Tədris prosesi interaktiv mühazirələr, praktiki tapşırıqlar, qrup müzakirələri və televiziya xəbərlərinin analizi ilə davam edib.

Qeyd edək ki, təlim proqramı noyabrın 14-dək davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Noyabr 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri