Bakıda evdən 11 min manatlıq qızıl oğurlayan dayəyə HÖKM OXUNDU
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda dayə xidmət göstərdiyi evdən oğurluq edib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Aybəniz Quliyeva (ad-soyad şərtidir - red.) ev sahibinə məxsus 11 729 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
Mülk yiyəsinin hüquq-mühafizə orqanlarına müraciətindən sonra Aybəniz Quliyeva saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib. O, əməlindən peşman olduğunu və zərərçəkmişə dəymiş ziyanın ödənildiyini bildirib. Məhkəmənin hökmü ilə A.Quliyevaya 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 03 Aprel 2026 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















