Icma.az
close
up
RU
Bakıda evli kişidən ayrılmaq istəyən qadının başına iş gəldi SEVGİ DRAMI

Bakıda evli kişidən ayrılmaq istəyən qadının başına iş gəldi SEVGİ DRAMI

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2022-ci il oktyabrın 14-də Bakının Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi olub. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar. Məlum olub ki, cinayət olayı Şamil Kamilov küçəsi, 15 ünvanında yerləşən "Krevetka" pub-restoranının qarşısında baş verib. Həmin gecə cinayəti törədən Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Tərlan Qafarov saxlanılıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Manset.az Lent.az-a istinadən xəbər verir ki, Tərlan Qafarov əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Vüsalə Əliyevanın onunla birlikdə yaşamaqdan imtina edib ayrılması səbəbindən qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Oktyabrın 14-ü gecə saat 2-də "Kəpənək" formalı açılıb-qatlanan bıçağı götürüb Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 15 ünvanında yerləşən "Krevetka" adlı restoranının qarşısına gəlib. Vüsalə Əliyeva işdən çıxandan sonra küçədə ona yumruqla zərbə vuraraq yerə yıxıb. Sonra bıçaqla qadının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 21 dəfə bıçaqla zərbə vurub və onun öləcəyini güman edərək, hadisə yerindən uzaqlaşıb. Vaxtında 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan zərərçəkmişin həyatı xilas olunub.

İş üzrə dindirilmiş Tərlan Qafarov bildirib ki, 2017-ci ildə Sevda Qafarova ilə ailə həyatı qurub, nikahdan 2 övladları dünyaya gəlib. Taksi fəaliyyəti ilə məşğul olub:

"3 il əvvəl sosial şəbəkədə Vüsalə Əliyeva ilə tanış olmuşuq. Günlərin bir günü metronun "Qara Qarayev" stansiyasının yanında görüşmüşük. Getdikcə aramızda yaxın münasibət yarandı. Tanış olandan 2 ay sonra arvadıma Vüsalə ilə münasibətim barədə danışdım. Sevda bunu çox pis qəbul etsə də, bir müddət sonra artıq həyatımda başqa qadın olduğunu qəbul etdi. Vüsalənin Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evə gedib-gəlirdim. Birlikdə yaşamağa başladıqdan sonra bir neçə dəfə Vüsalənin başqa şəxslərlə yazışdığını bildim. Qadın məni çox istədiyini, telefonla yazışdığı adamları çoxdan tanıdığını və bir daha yazışmayacağını söyləmişdi. Hadisədən təxminən 1 ay əvvəl Vüsalə Bakıxanov qəsəbəsində yerləşən restoranda işləməyə başlayandan sonra gəlib dedi ki, rəfiqələrinin sevgililəri onlara axırıncı model telefonlar, avtomobillər alırlar. Sevgilimə taksi sürücüsü olduğumu, istədiyi şeyləri almağa maddi imkanımın olmadığını bildirdim. Bundan sonra Vüsalənin mənə qarşı münasibəti dəyişdi. Məhz buna görə, ondan ayrılıb arvadımın yanına qayıtdım. Oktyabrın 14-də yaşadığım evdən çıxıb, piyada Vüsalənin işlədiyi restoranın qarşısına gəldim. İşdən çıxan Vüsalə acıqlı şəkildə məndən niyə gəldiyimi soruşanda, kənara çəkilib 1-2 dəqiqə söhbət etmək istədiyimi dedim. Telefonuna zəng gəldiyini görüb kim olmasını soruşanda, qadın kobud cavab qaytardı. Həmin an ona yumruqla zərbə vurdum, Vüsalə arxası üstə yerə yıxıldı. Cibindən düşən telefonunu götürüb zəngə cavab verəndə, bir kişi məndən Vüsalənin harada olduğunu soruşdu. Həmin şəxsə qadını vurduğumu və hazırda yerdə olduğunu dedim. Vüsalə zəng edən adamın iş yoldaşı olduğunu söyləyəndə, əsəblərimə hakim ola bilmədim və gödəkçəmin cibindən çıxardığım bıçaqla bədəninə xəsarətlər yetirməyə başladım. Qadının qışqırıq səsinə insanların yaxınlaşacağından qorxduğum üçün, əlimdə bıçaqla hadisə yerindən qaçdım. Təxminən 300 metrdən sonra kəsici aləti yerə atdım".

Tərlan Qafarov əlavə edib ki, Vüsalə Əliyevanın restoranda ofisiant işləməsini və ondan ayrılmasını qəbul etməyib. Qadına qarşı olan sevgisi onu rahat buraxmadığından həmin gecə Vüsalə ilə barışmağa yollanıb, onu öldürmək istəməyib. Aralarında baş verən mübahisələr zamanı təhqirlər qarşılıqlı olub. Vüsaləyə 21 bıçaq zərbəsi vurduğunu öyrəndikdə özü şoka düşüb.

Zərərçəkmiş Vüsalə Əliyeva ifadəsində göstərib ki, heç vaxt rəsmi ailə həyatı qurmayıb. Nəzrin adlı 17 yaşlı qızı Biləsuvar rayonunda valideynləri ilə birlikdə yaşayır:

"Aramızdakı mübahisələrə Tərlan Qafarovun həddindən artıq məni qısqanması səbəb oldu. Avtomobil və telefon tələb etməyimlə bağlı Tərlanın söylədikləri tamamilə yalandır. Mənim restoranlarda ofisiant kimi işləməyimi, kişi iş yoldaşlarımla əlaqəmin olmasını qəbul edə bilmirdi, məni tez-tez təhqir edirdi. Buna görə, münasibətimiz soyudu və ayrıldıq. Oktyabrın 14-də gecə saat 3 radələrində restorandan çıxanda küçədə Tərlanı gördüm. Niyə gəldiyini soruşanda, Qafarov ölkədən getmək istədiyini və sağollaşmağa gəldiyini dedi. Allah yolunu açıq etsin, hara gedirsən get deyib, sözümü qurtarmamış, Tərlan "yox" cavabı verdi, qolumdan tutub, məni kənara dartdı.

Bıçaqla mənə çoxsaylı zərbələr vurdu. Huşumu itirdiyimdən sonrakı hadisələri xatırlamıram".

Şahid Əli Məmmədov bildirib ki, oktyabrın 14-də Vüsalə işdən çıxandan 1-2 dəqiqə sonra ona zəng etdikdə, Tərlan Qafarov aqressiv cavab verərək, ondan kim olduğunu soruşub:

"Vüsalənin iş yoldaşı olmağımı söylədim. Qadının səsindən artıq onun həyatının təhlükədə olmasını anladım. Telefonu söndürmədən restorandan küçəyə çıxdım. İş yoldaşımın qışqırıq səslərini eşidib həmin istiqamətdə qaçdım. Qaranlıq olsa da, Tərlanın bıçaq zərbələri vurmasını gördüm. Məni görən kimi Qafarov qaçdı. Vüsaləyə yaxınlaşanda o, heç nə söyləməyib ağlayırdı. Restoranın inzibatçısı və adlarını xatırlamadığım işçilər köməyə gəldilər. Yaralanan qadını Təcili Yardım avtomobili ilə xəstəxanaya yola saldıq".

Şahid qismində dindirilmiş Sabunçu Rayon Mühafizə İdarəsinin polis nəfəri Kamran Həsənov ifadəsində göstərib ki, oktyabrın 13-dən 14-nə keçən gecə o, digər polis nəfəri Yalçın Hüseynovla Bakıxanov qəsəbəsində xidmətdə olub:

"Gecə saat 3 radələrində restoran tərəfdən səs-küy eşidib, ora yaxınlaşdıq. Küçədə qadının bıçaqlanaraq, yerdə uzandığını və insanların onun ətrafına toplaşdıqlarını gördük. Dərhal avtomobili Vüsalə Əliyevanı bıçaqlayan şəxsin qaçdığı istiqamətdə idarə etdim. Təxminən 300 metr getdikdən sonra yaşayış binasının qarşısında hərəkət edən bir nəfəri görüb maşını yanında saxladım.

Hər ikimiz avtomobildən çıxaraq, Tərlan Qafarova özümüzü təqdim etdik. Tərlan bir az əvvəl qadını vurduğunu etiraf etdi və bıçağı atdığı yeri göstərdi. Cinayəti törədən şəxsi 13-cü bölmənin əməkdaşlarına təhvil verdik".

Məhkəmə iclasında Tərlan Qafarov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş Vüsalə Əliyeva təqsirləndirilən şəxsi bağışladığını və ona qarşı şikayəti olmadığını bildirib.

Məhkəmə nəticəyə gəlib ki, Tərlan Qafarovun Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilib. Qafarova həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Tərlan Qafarov 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 06 Dekabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see286

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see166

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see124

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri