Icma.az
close
up
RU
Bakıda film kimi hadisə sabiq prokuror müavininin oğlu polisdən qaçdı, özünü bıçaqladı və... TƏFƏRRÜAT

Bakıda film kimi hadisə sabiq prokuror müavininin oğlu polisdən qaçdı, özünü bıçaqladı və... TƏFƏRRÜAT

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda film kimi cinayət hadisəsi baş verib. Polisdən qaçan şəxs əvvəlcə Post Patrul Xidmətinin (PPX) maşınını əzib. Bir müddət binalardan birinin zirzəmisində gizləndikdən sonra evinə gedib. Onu axtaran polis əməkdaşlarından xilas olmaq üçün özünə bıçaq zərbələri endirib. Narkotik satışına və qanunsuz silah saxlamağa görə həbs edilən həmin şəxs bəraət alaraq azadlığa çıxıb.

Söhbət 30 yaşlı Elnur Məmmədovun cinayət işinin təfərrüatından gedir.

Elnur Məmmədov 2022-ci ildə narkotik istifadəsinə görə həbs edilib. 2 il həbsxana həyatı yaşadıqdan sonra azadlığa çıxıb. Film kimi hadisə də bundan bir həftə sonra yaşanıb.

O, 2024-cü ilin aprel ayında külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham edilərək həbs edilib. Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları onun evinə baxış zamanı 2 ədəd soyuq silah hesab edilən bıçaq da aşkar edərək götürüb.

Şüvəlanda anası il birlikdə yaşayan Elnur hadisə günü həyətlərində olan maşınla yola çıxıb. Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən Elnur yolda PPX əməkdaşlarının diqqətini çəkib. Ona “saxla” əmri verilsə də qaçmağa çalışıb. Bu zaman PPX avtomobilini əzib. Sonra maşını yolda saxlayaraq yaxınlıqdakı binalardan birinə girərək bir müddət gizlənib. Ətrafda sakitçilik olduğunu görəndən sonra isə evinə gedib.

Hadisənin səhəri gün polis əməkdaşları onun evinə gəlib. Lakin Elnur qapını açmayaraq müqavimət göstərib. Polis əməkdaşlarına özünə xəsarət yetirəcəyini deyib. Belə də edib. Evdən götürdüyü bıçaqla özünə zərbə endirib. Sonra polis əməkdaşları evi tərk edib.

Bir gün sonra polis əməkdaşları yenidən onun evinə gələrək qapını açmasını istəyib. Bu zaman polis əməkdaşları ona evdə axtarış aparmalarına icazə verən məhkəmə qərarını da göstəriblər. Lakin Elnur yenə də razılaşmayıb və qapını açmayıb. Bu dəfə də özünə bıçaqla xəsarət yetirib. Polis əməkdaşları Elnurun çox qan itirdiyini görərək əraziyə təcili tibbi yardım çağırıblar. Bu zaman polis əməkdaşları plan quraraq içəri daxil olmağı qərarlaşdırıblar. Belə ki, evə daxil olan həkimlərdən birinin əvəzinə ağ xalatlı polis əməkdaşı keçib. O, evə daxil olan zaman Elnura müdaxilə edərək zərərsizləşdirməyə çalışıb. Elnur yenə də polis əməkdaşının əlindən qaçaraq özünə xəsarət yetirib. İçəridə vəziyyətin gərginləşdiyini görən digər polis əməkdaşları pəncərədən və qapıdan evə daxil olublar. Elnur saxlanılaraq təcili yardımla xəstəxanaya aparılıb.

Onun evinə baxış zamanı 10 qramdan çox metamfetamin və iki ədəd soyuq silah aşkar edilib. Elnurun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etdiyi istintaqla müəyyən edilib.

Amma Elnur özünü təqsirli bilməyib. Deyib ki, polis əməkdaşlarından qaçmasının səbəbi qorxması olub. Elnur söyləyib ki, sürücülük vəsiqəsi olmayıb və düşünüb ki, yol polisi onu saxlasa ən pis halda cərimə yazar. Amma PPX əməkdaşlarının onu saxlamaq istəməsindən qorxub və həbs ediləcəyini düşünərək qaçıb.

Narkotik vasitədən əvvəllər istifadə etdiyni etiraf edən Elnur bu ittihamla özünü təqsirli bilməyib. Deyib ki, narkotik satmaq kimi bir niyyəti olmayıb.

Elnurun ifadəsində maraqlı bir məqam da ortaya çıxıb. Belə ki, onun atası Bakıda prokuror müavini vəzifəsində çalışıbmış. Evindən tapılan bıçaqlar da atasına məxsus olub.

Elnur evlərində olan bıçaqların hansı məqsədlə saxlanıldığını belə izah edib: “Atamın düşmənləri çox idi. Buna görə də evdə silah saxlayırdı”.

Məhkəmə şahid ifadələrini, sübutları qiymətləndirərək belə qənaətə gəlib ki, Elnur Məmmədov günahsızdır. Məhkəmə onun barəsində bərəat hökmü çıxarıb və məhkəmə zalından azadlığa buraxılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 Yanvar 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see176

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see136

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri