Icma.az
close
up
RU
“Əl Ərəbiyə”: Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması istiqamətində incə diplomatiya aparır

“Əl Ərəbiyə”: Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması istiqamətində incə diplomatiya aparır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması istiqamətində incə diplomatiya aparır.

AZƏRTAC xəbər verir ki, bu sözlər eyniadlı sərlövhə ilə “Əl Ərəbiyə” telekanalının saytında dərc olunmuş məqalədə yer alıb.

Məqalədə diqqətə çatdırılır ki, 2023-cü ildə Dağlıq Qarabağı erməni separatçılarından geri aldıqdan sonra beynəlxalq nüfuzu daha da artan Azərbaycan Suriya məsələsində regional rəqiblər arasında gərginliyi aradan qaldırmaq məqsədilə İsrail və Türkiyə ilə sıx əlaqələrindən istifadə edir. Qeyd olunub ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyə ilə İsrail arasında üç raunddan çox danışıqlara ev sahibliyi etdiyini təsdiqləyib. O, İstanbulda yerləşən Qlobal Jurnalistika Şurasının təşkilatçılığı ilə Bakıda keçirilən türkiyəli jurnalistlərlə görüşdə deyib: “Azərbaycan razılaşma üçün diplomatik səylər göstərir. Həm Türkiyə, həm də İsrail bizə güvənir”.

Materialda qeyd olunub: “Türkiyənin yaxın müttəfiqi və strateji tərəfdaşı olan Azərbaycan Suriya məsələsi də daxil olmaqla, əsas beynəlxalq məsələlərdə Ankaranın mövqeyini ardıcıl şəkildə uzlaşdırır. Bakı, həmçinin İsraillə də yaxşı münasibətlərə malikdir. İndi də Suriyanın yeni hakimiyyəti ilə təmaslar quran Bakı Türkiyə ilə İsrail arasında texniki danışıqlara şərait yaratmaqla “yumşaq” diplomatiyaya təkan verir.

Məqalədə vurğulanır: “Bakıda fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev AFP-yə bildirib ki, “iki tərəf bir-birinin narahatlığına hörmət edən ümumi model üzərində razılaşarsa, uğur qazanıla bilər. Suriya və xüsusilə də onun şimal əraziləri, terror qruplaşmalarının, xüsusən də kürd döyüşçülərin mövcudluğuna görə Türkiyənin təhlükəsizliyini təhdid edir”.

Yazıda daha sonra qeyd olunub: “Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Suriya üzrə Türkiyə-İsrail dialoqunun aparılmasında Azərbaycan strateji rol oynayır. Bu, Azərbaycanın regional aktorlar arasında bir vasitəçi kimi artan təsirini əks etdirir”.

“Əl Ərəbiyə” yazıb ki, Bakı indi İrəvanla əlaqələri normallaşdırmağa çalışır və bu proses uğurlu olarsa, Rusiya və Türkiyə də daxil olmaqla böyük aktyorların təsir uğrunda mübarizə apardığı regionda böyük irəliləyiş qeydə alına bilər. Türkiyəli analitik Serkan Demirtaş bildirib ki, Azərbaycan Əsəddən sonrakı Suriyada Türkiyə ilə İsrail arasında yarana biləcək potensial qarşıdurmanı aradan qaldırmaq üçün addım atıb. O əlavə edib: “Bölgədəki iki ən yaxşı müttəfiqi arasında qarşıdurma Azərbaycanın maraqlarına uyğun deyil. Daxil olan xəbərlər göstərir ki, irəliləyiş əldə olunub. Bu, Qarabağ müharibəsindən sonra karbohidrogen ehtiyatları ilə zəngin Azərbaycanın regionda təsirinin artdığını göstərir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see250

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see227

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see223

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see177

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see169

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see159

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see159

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see155

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see151

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see150

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see144

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see141

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see141

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri