Icma.az
close
up
RU
Bakıda gecəyarısı qadına söz atan sərxoş kişiyə xəsarət yetirdilər TƏFƏRRÜAT

Bakıda gecəyarısı qadına söz atan sərxoş kişiyə xəsarət yetirdilər TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Binəqədi rayonunda 1995-ci il təvəllüdlü Siyavuş aralarında yaranan mübahisə zamanı Bəxtiyara (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-
ın əldə etdiyi xəbərə görə, hadisə 2023-cü ilin aprelin 23-də rayonun Biləcəri qəsəbəsində baş verib. 
Siyavuş həmin gün saat 22 radələrində küçədə Bəxtiyarın tanışı Səmayə ilə danışmasını bəhanə edib və əsaslı səbəb olmadan zərərçəkmiş şəxs üzərində zor tətbiq edib. 
O, zərərçəkmişin üz nahiyəsinə yumruqla vuraraq xuliqanlıq edib və sonuncuya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Siyavuşun barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 
O, ifadəsində göstərib ki, aprelin 23-də, təxminən saat 21-22 radələrində yaşadığı küçədə həyət evinin qarşısında tək dayanaraq mobil telefonla danışan zaman eyni məhəllədə kirayədə yaşayan Səmayə adlı qadın ona yaxınlaşıb və iki nəfər şəxsin onu narahat etdiyini, qolundan tutaraq çəkdiklərini bildirib, kömək etməsini xahiş edib: “Həmin qadını müdafiə etmək məqsədilə iki nəfər təxmini 50-55 yaşlarında sərxoş vəziyyətdə olan şəxslərə yaxınlaşdım. Onlardan Səmayəni nə üçün narahat edərək qolundan tutmaq istədiklərini soruşdum. Bu zaman həmin şəxslərdən Bəxtiyar məni nalayiq sözlərlə təhqir etdi, bu məsələyə qarışmamağımı tələb etdi. Onu intizamlı olmaga dəvət etsəm də, Bəxtiyar sinəmdən əli ilə vurdu və məni kənara itələdi. Daha sonra üstümə gələrək məni vurmaq istədi. Özümü müdafiə etmək üçün Bəxtiyarı kənara itələdim və yanındakı Sənan adlı şəxsə dedim ki, Bəxtiyarı götürərək getsin. Həmin vaxt Bəxtiyar sərxoş olduğu üçün yerə yıxıldı. Aldığı xəsarət bu zaman üzü üstə yerə yıxılması zamanı əmələ gələ bilərdi. Bunu görən Sənan yerdən daş parçası götürərək məni vurmaq istədi. Ondan özümü qorumaq üçün tez yaşadığım evə girdim və həyətin qapısını arxadan bağladım. Bundan sonra evdən çölə çıxmadım. Bir neçə gün sonra polis bölməsindən məni çağıran zaman məlum oldu ki, Bəxtiyar məndən şikayət edib”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə zamanı Bəxtiyarın üz nahiyəsindən yumruqla vurmayıb: 
“Mübahisə zamanı yanımızda başqa şəxslər olmayıb. Mən heç kimlə əlbir olaraq cinayət əlaqəsinə girməmişəm, xuliqanlıq etmək niyyətim olmayıb. Mən evə daxil olandan sonra küçədə baş verənlərdən məlumatım olmayıb. Səmayəni müdafiə etmək məqsədilə Bəxtiyar və Sənan adlı şəxslərə yaxınlaşmışam. Bəxtiyar sözümü eşidərək Səmayəni rahat buraxsa idi, bu hadisə baş verməzdi”.
İş üzrə zərərçəkmiş Bəxtiyarın sözlərinə görə, Biləcəri qəsəbəsində kirayədə yaşayıb: 
“Aprelin 23-də qudam Sənan nəvəmiz Gülnara ad günü keçirdiyindən onların Biləcəri qəsəbəsindəki evinə qonaq gəldim. Orada təxminən bir saat oturaraq yeyib, spirtli içki içdik. Təxminən saat 22 radələrində qudamla meyvə şirəsi almaq məqsədilə evdən çıxdıq və arketə getmək istədik. Yolda köhnə iş yoldaşım Səmayə adlı qadını gördüm. Ona salam verdim, amma salamımı almadı. İçkili olduğumdan ona yaxınlaşaraq niyə salamımı almadığını soruşdum. Danışığı kobud səsləndiyinə görə Səmayə kənarda telefonla danışan Siyavuşu çağıraraq kömək etməsini istədi. O, da yaxınlaşaraq kobud formada qızdan nə istədiyimi soruşdu. Siyavuşun danışıq tonu xoşuma gəlmədiyinə görə ona kobud formada cavab verdim. Bu zaman Siyavuş burun nahiyəmdən bir dəfə yumruqla vurdu. Mən aldığım zərbədən yerə yıxıldım. Bunu görən Sənan yerdən daş parçası götürmək istədi. O anda Siyavuş qaçaraq yaşadığı evin həyətinə girdi, qapını bağladı. Biz Siyavuşun yaşadığı evin qapısına gəldik, yüksək səslə onu çölə çıxmağa səslədim. Lakin o, çölə çıxmadı. Bu zaman tanımadığım bir neçə şəxs kənardan yaxınlaşaraq mübahisə etməyə başladı və mənə bir neçə zərbə vurdular. Həmin şəxslərin Siyavuş ilə əlaqəsi olub-olmadığını bilmirəm. Sonra qudamgilə qayıtdım və məni qan içində görən gəlinim Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdu, hadisə barədə məlumat verdi”.
Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilib. 
Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb və ona dəymiş ziyanı tamamilə ödədiyindən Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib. Cinayət işi üzrə icraata həmin hissədə xitam verilib.
Bundan başqa, təqsirləndirilən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ona verilən ittiham sübuta yetirilməyib. Ona həmin maddə üzrə bəraət verilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri