Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Masallıda həmkəndlilər bir birlərinə xəsarət yetirdilər TƏFƏRRÜAT

Masallıda həmkəndlilər bir birlərinə xəsarət yetirdilər TƏFƏRRÜAT

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Masallı rayonunda 1982-ci il təvəllüdlü Natiq həmkəndlisi Məmmədyara xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin oktyabrın 4-də, saat 7 radələrində Masallı rayonunun Xanalion kəndində baş verib. 
Kənd sakini Natiq kəndə yerləşən kəndarası yolda həmkəndlisi Məmmədyar ilə şəxsi təsərrüfatında saxladığı itin onun arvadı Məlahətin üstünə küçədə hürməsi ilə əlaqədar mübahisə edib. 
Aralarında şəxsi münasibətlər zəminində yaranmış  mübahisə zamanı əlindəki ağac parçası ilə Məmmədyarın başının ənsə nahiyəsinə bir dəfə zərbə, döş qəfəsi nahiyəsinə bir neçə dəfə təpik zərbəsi vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Natiqin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Natiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, heyvanları otaran zaman o tərəfdən Məlahət xanım gəlib: “Mənim heyvanlarının üstündə itlərim olub. İt çıxaraq xanıma hürdüyü üçün xanım qorxdu. Xanıma qorxmamasını və oradan keçməsini dedim. Orada heçnə olmadı. Sonradan  yoldaşı çıxaraq mənə söyüş söydü və telefonla çəkə-çəkə mənə kəllə atdı. Mən də arxaya getdim. Sonra Məmmədyar mənə yumruq atdı. Lakin yumruq mənə dəymədi. Orada olan Hamlet gələrək bizi ayırdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Hamlet ona heyvanları apararaq otarmasını və dava etməməsini deyib: “Mən qayıdanda Məmmədyar əlində ağac öz həyətində məni  gözləyirdi. Ona dedim ki, əl çək məndən, məni də, zibilə salma. Bundan sonra Məmmədiyar söyüş söyərək ağacla qolumdan vurdu. Mən də cavab olaraq Məmmədiyarın başından yumruqla vurdum. Biz əlbəyaxa olaraq yerə yıxıldıq”. 
İş üzrə zərərçəkmiş Məmmədyarın sözlərinə görə, oğlu Zabil işdə olduğu zaman axşam vaxtı evdə tək qalmasınlar deyə həyat yoldaşı onların yanına gedib, nəvələrinin, gəlininin yanında qalıb: “Səhər təxminən 6-7-ə qalmış dururam, bir-iki mal qara saxlayıram, inəyi sağıram, sonradan çölə buraxıram. Həmin vaxt sağılmış inəkləri çölə buraxmaq üçün tövlə tərəfə gedərkən birdən qışqırıq səsi gəldi. Tez yola çıxan dəmir qapını açdım. Yoldaşım itdən qorxaraq böyürtkən kolunda gizləndiyini gördüm. Orada da Natiq dayanmışdı. Ona dedim ki, özüm kişiyəm, itdən qorxmuram. Lakin bu qadındır, təzyiqi, şəkəri və ürək problemləri var. Yoldaşım itin dəfələrlə ona hücum etdiyini dedi. Natiqdən iti bağlamamasının səbəbini soruşdum. Bu vaxt “bezdirdin məni!”- kimi ifadə eşitdim. Sonra başımdan bir zərbəni hiss etdim və birinci zərbədən huşumu itirdim. Ondan sonra nə baş verdiyini bilmirəm”. 
Zərərçəkmiş qeyd edib ki, ayılan zaman yoldaşının onu silkələyərək Natiqə qarğış etdiyini görüb: “Yoldaşım mənə ayağa qalxmağa kömək etməyə çalışsa da, mən dura bilmədim. Axırda birtəhər ayağa durdum. Həmin yerdən evə kimi 50-60 metrə məsafə var. Oradan arvadım məni sürüyərək evə apardı. Mənim şəkillərimi çəkəndən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisəni danışdım. Şahin adlı taksi şoferinə və oğluma zəng etdim. Məni Masallı rayon Mərkəzi xəstəxanasına apardılar. Orada məni rentgen şöbəsinə apardılar”. 
Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Natiq 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək Masallı rayonu, Xanalion  kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək  və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Qeyd edək ki, Məmmədyarın özü barəsində də cinayət işi açılıb. Ayrıca icraatda araşdırılan cinayət işi üzrə Məmmədyarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İttihama görə, hadisə vaxtı Məmmədyar da özündə olan ağac parçası ilə Natiqi döyüb. Məmmədyarın barəsində olan cinayət işi üzrə Natiq zərərçəkmiş qismində tanınıb. 
Ayrıca icraatda ittiham olunan Məmmədyarın da barəsində olan cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Məmmədyar 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək Masallı rayonu, Xanalion  kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək  və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Hökmdən narazı qalan Məmmədyar apellyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. 
Bu şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayət təmin olunmayıb. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 İyun 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri