Icma.az
close
up
RU
Bakıda gərginliyi necə azaltmaq olar? KÜNCDƏN BAXIŞ

Bakıda gərginliyi necə azaltmaq olar? KÜNCDƏN BAXIŞ

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Elçin Bayramlı

Son dövrlərdə paytaxt yollarındakı tıxaclar Bakı sakinləri üçün ən ciddi problemlərdən birinə çevrilib. Son məlumata görə, Azərbaycanda avtomaşınların ümumi sayı 1.8 milyona, minik avtomobillərin sayı isə 1,6 milyona çatıb. Son illərdə ölkəyə ildə 70-80 min minik avtomobili idxal olunur. Bunların və ümumən ölkədəki avtomaşınların yarıdan çoxunun Bakı və Abşeron yarımadasında olduğu məlumdur. Üstəlik, son illərdə Bakıda tikinti bumunun müşahidə olunması və şəhərin sıx şəkildə tikilmiş hündür binalarla dolması paytaxtda gərginliyi artırıb. Nəticədə şəhər həyatı artıq iflic olmaq üzrədir.

Avtomobillərin sayında son illər artım müşahidə olunsa da, Azərbaycan hər 1000 nəfərə düşən avtomobillərin sayına görə dünyada heç də maşın sayının çoxluğu olan ölkələr sırasında yer almır. Bu göstəriciyə görə ölkəmiz dünyada 107-ci yerdədir.

Azərbaycanda hər 1000 nəfərə 135 minik avtomobili düşür. İnkişaf etmiş ölkələrdə adambaşına düşən avtomobil sayı bizdən dəfələrlə çoxdur. Yeni Zenlandiya və ABŞ-da hər 1000 nəfərə həmin ölkələrdə uyğun olaraq 897 və 868 avtomobil düşür. Region ölkələrindən Rusiyada hər 1000 nəfərə 397, Gürcüstanda 378, Moldovada 363, Belarusda 343, Qazaxıstanda 207, Qırğızstanda 201 avtomobil düşür. Rəqəmlərin müqayisəsi də göstərir ki, Azərbaycanda hər 1000 nəfərə düşən avtomobillərin sayı əksər region ölkələri ilə müqayisədə xeyli azdır.

Göründüyü kimi, problem maşın sayında deyil, məsələ nəqliyyatın hərəkətinin düzgün idarə edilməsindədir. Qeyd edək ki, son illərdə Bakının sərnişindaşıma sistemində problemlər daha da artıb, sərnişin sıxlığı çıxalıb. Avtobusların sayı azalıb, marşrutların intervalı çoxalıb. Metroda artıq acınacaqlı vəziyyət yaranır. Artıq şəhərkənarı ərazilərdə də tıxaclar baş verir. Özü də təkcə işə gedib-gəlmək saatlarında deyil, adi vaxtlarda da.

Son illərdə bu istiqamətdə aparılmış işlər tıxac problemini həll edə bilməyib, bu səbəbdən də digər və xüsusən dolayı hesab olunan tədbirlərə ehtiyac var. Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dövlət və özəl daxil olmaqla təhsil və iş müəssisələrin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması yollarda tıxacları, nəqliyyatda sərnişin sıxlığını azaldır.

Bundan başqa, ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi tıxacın azaldılmasına səbəb ola bilər. Bunun üçün digər sərnişin nəqliyyatı sistemlərinin də bərpasına ehtiyac var (tramvay, trolleybus, şəhərətrafı elektrik qatarları və s.), həmçinin dəniz üzərindən sərnişin katerlərinin təşkil olunması.

Lakin bunlar lokal tədbirlərdir. Müvəqqəti tədbirlər problemi tam və birdəfəlik aradan qaldırmır. Problemin həllinə fundamental yanaşılmalı, kompleks şəkildə gəll edilməlidir. İlk növbədə, əhalinin Bakıya cəmləşməməsi, əskinə paytaxta toplaşmış region əhalisinin bölgələrə qayıtması üçün sosial iqtisadi tədbirlər görülməlidir. Digər şəhərlərdə fabrik və zavodlar tikilməli, bəzi ali məktəblər başqa şəhərlərə köçürülməlidir.

Qarabağın bərpası sürətləndikcə Bakıda müvəqqəti yaşayan qaçqın və köçkünlərin həmin bölgəyə yerləşdirilməsi Bakıdakı sıxlığı azalda bilər. Yaxın 5 ildə təkcə Qarabağa yarım milyon nəfərin yerləşdirilməsi mümkündür. Digər bölgələrin də potensialından effektiv istifadə edilə bilər. Xammalın bol olduğu rayonlarda emal müəssisələri, xüsusən də yeyinti və yüngül sənaye müəssisələri açıla bilər. Bakıdakı bəzi zavod və fabriklər rayonlara köçürülə bilər. Bölgələrdə kiçik və orta sahibkarlığa yardımlar göstərilə, istehsal obyektləri üçün faizssiz kreditlər, vergi və gömrük güzəştləri verilə bilər.

Bu da regionlarda iqtisadi canlanma yaradar, əks-urbanizasiya prosesi başlayar. Əgər əhalinin yerləşməsi, iqtisadiyyatın regional balanslaşdırılması baş tutsa, ölkəmizin davamlı və tarazlı inkişafı təmin olunar, bir çox sosial problemlər də aradan qalxar.

Bu səbəbdən, hesab edirik ki, hökumət “Kəndə qayıdış” proqramı elan etməli, rayonların sosial-iqtisadi həyatının canlanmasına hər cür dəstək verməlidir. Bunun üçün müvafiq maliyyə ehtiyatları da kifayət qədərdir. Azərbaycanın 75 milyard dollarlıq strateji valyuta ehtiyatları var. Bunun cəmi 5-10 milyardını cəlb etməklə, həmçinin qeyri-dövlət investisiyalarını təşviq etməklə bu işləri həyata keçirmək olar. Nəticədə həm paytaxtımızın yükü azalar, həm də regionlar sürətli inkişaf edər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri