Icma.az
close
up
RU
Ərzağın davamlı bahalaşmasını necə dayandırmaq olar? KÜNCDƏN BAXIŞ

Ərzağın davamlı bahalaşmasını necə dayandırmaq olar? KÜNCDƏN BAXIŞ

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Elçin Bayramlı

Beynəlxalq təşkilatların hesablamalarına görə, ərzaq böhranı gedikcə güclənəcək, ekoloji problemlər səbəbindən məhsul istehsalı azalacaq və minimal ərzaq təminatı ala bilməyən insanların sayı xeyli artacaq. Qlobal ərzaq qıtlığı problemi ən çox idxaldan asılılılığı çox olan ölkələri təhdid edir. Azərbaycanda da taxıl başda olmaqla, zəruri ərzaq məhsullarının təxminən yarısı idxal hesabına formalaşır. Bu vəziyyətdə dünyada həmin məhsulların bahalaşması ölkəmizdə də bahalaşmaya səbəb olur. Son aylarda ərzaq məhsullarında qiymət artımları tendensiya halını alıb.

İndi azad bazar dövrü olduğundan hökumət qiymətləri tənzimləyə bilməz və bu səbəbdən bunun qarşısını inzibati metodlarla almaq çətindir. Bu problemin həlli yolu ölkədə ərzaq istehsalının yüksəldilməsi və idxaldan asılılığın ləğv edilməsindən keçir.

Bazar iqtisadiyyatının və qiymət liberallaşmasının özünün qanunauyğunluqları var. Hökumətin qiymətin artmasının qarşısını yox, qiymətin dəyişməsi prosesi zamanı əhalinin rifahını qorumaq, alıcılıq qabiliyyətini təmin etmək, yəni, heç olmasa, sosial müdafiəyə ehtiyacı olan təbəqələrin vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün tədbirlər görməsı vacibdir.

İnzibati üsullarla qiymət tənzimlənməsi o zaman mümkündür ki, ölkədə məhsul bolluğu var və qiymət artımı süni inhisarçılıq hesabına yaranıb. Amma qiymət artımlarının baş verməsi əsasən, xarici amillərin hesabına olduqda inzibati üsullarla tənzimləmək də mümkün olmur. Ölkədə istehsal olunan, amma əhalinin tələbatını ödəməyən məhsulları özəl şirkətlər və sahibkarlar idxal edirlər. Onlar da hər hansı malı baha aldıqda, baha da satmalıdırlar.

Kimisə hər hansı məhsulu xaricdən gətirib öz qiymətinə satmağa məcbur etmək olmaz. Bu vəziyyətdə dövlət aztəminatlı təbəqələr üçün güzəştli siyasət yürüdə bilər. Hökumət sosial və iqtisadi mexanizmlərlə bu prosesə təsir edə bilər, ancaq inzibati vasitələrlə heç nə etmək mümkün deyil.

Qiymət artımında xarici amillərin təsir payı böyük olsa da, daxili amillərin də təsiri olmamış deyil. Bunlardan bəzi istehsal və idxal sahələrində inhisarçılığı və yerli məhsulda qiymət artımını şərtləndirən stimullaşdırıcı tədbirləri göstərmək olar. Əgər ölkədə enerji daşıyıcılarının və suyun qiyməti bahalaşırsa, maya dəyərinin bundan asılı olduğu məhsulların qiymətinin artması təbiidir.

Qiymət artımında daha bir əsas amil də inhisarçılıqdır ki, nəticədə bazara süni təzyiqlər artır və mümkün ucuzlaşmanın da qarşısı alınır. Bahalaşma zamanı əhalinin alıcılıq qabiliyyəti getdikcə aşağı düşdüyündən, maya dəyəri baha başa gələn keyfiyyətli məhsulun əvəzinə bazara ucuz və keyfiyyətsiz, hətta saxta məhsullar çıxarılır.

Dünya bazarında bəzi məhsulların qiymətlərinin artması o demək deyil ki, bu ölkədə ucdantutma bütün məhsulların bahalaşmasına səbəb olmalıdır. Ərzaq təhlükəsizliyi üzrə xüsusi proqram həyata keçirən ölkələrdə xarici amillərin mümkün təsirlərindən maksimal sığortalanma asan olur. Belə ölkələrdə əsas tələbat malları ölkənin özündə istehsal olunur və bu da xarici amillərin təsirlərini minimuma endirir.

Məsələn, ABŞ və əksər Avropa ölkələrində, həmçinin, Rusiya və Türkiyədə dövlət tərəfindən kənd təsərrüfatına güclü dotasiya ayrılır, əsas ərzaq məhsullarının istehsalı üçün stimullaşdırıcı tədbirlər görülür, fermerlərə güzəştlər edilir. Belə ölkələrdə dövlət tərəfindən fermerin məhsulunun hətta bazar qiymətinə alınacağı haqda öncədən müqavilə bağlanır.

Buraya kəndlinin öz məhsulunu sərbəst və maneəsiz şəkildə bazara çıxarma imkanlarını, möhtəkirliyin aradan qaldırılmasını, və anti-inhisar tədbirlərini də əlavə etsək, belə ölkələrdə xarici amillərin təsiri ilə bahalaşmanın yaranması üçün heç bir səbəbin olmadığı aydın olar.

Azərbaycanda da dövlət tərəfindən aqrar sektora güclü maliyyə dəstəyi verilir, milyardlarla manat subsidiya ayrılır, müxtəlif güzəştlər tətbiq olunur, dövlət proqramları həyata keçirilir. Bu sahədə müəyyən naliyyətlər əldə olunub, lakin hələ də potensialımızdan xeyli aşağı göstəricilərə sahibik. Demək qəbul olunan dövlət proqramlarının icrası effektli aparılmayıb və bu məsələyə daha ciddi diqqət verilməlidir.

Nəzərə alsaq ki, Azərbaycan özünü kənd təsərrüfatı malları tam təmin etmək gücündədir və digər ölkələrlə müqayisədə bizim ölkənin daha yaxşı iqlim, həmçinin münbit torpaq imkanları var, o zaman aydın olar ki, mövcud potensialdan düzgün və səmərəli istifadə etməklə buna nail olmaq olar.

Aqrar sektorun konseptual inkişafı üçün ciddi bir proqrama ehtiyac duyulur. Buraya ərzaq təhlükəsizliyi də daxildir. Ərzaq təhlükəsizliyi həm də kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Kənd təsərrüfatı isə yeyinti sənayesi və yüngül sənayenin inkişafı üçün birbaşa mənbədir.

Qarşıdan qlobal ekoloji problemlər (quraqlıq, su çatışmazlığı və s) və ərzaq qıtlığı gəlir. Belə bir şəraitdə aqrar sektorun inkişafı ən prioritet məsələyə çevrilməlidir. Bu sahədə xüsusi geniş dövlət proqramının qəbul olunması və kompleks tədbirlərin görülməsi vacibdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri