Icma.az
close
up
RU
Bakıda hansı maşınlara maraq öldü AÇIQLAMA

Bakıda hansı maşınlara maraq öldü AÇIQLAMA

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 443 milyon 619 min ABŞ dolları dəyərində 21 min 120 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 28 % az və 37,5 % azdır. Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 96,8 % artaraq 305 ədəd (53,654 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 40,7 % azalaraq 18 287 ədəd (341,249 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, hazırda ölkəyə daxil olan nəqliyyat vasitələrinin böyük bir hissəsinə alıcılıq marağı əvvəlki illərlə müqayisədə daha zəifdir:
“Artıq Azərbaycan alıcısı avtomobil seçimində daha diqqətli davranır və təkcə müəyyən bir ölkədən gətirilən nəqliyyat vasitələrinə üstünlük verilmir. Vətəndaşlar əsasən yeni, iqtisadi cəhətdən sərfəli, yanacağa qənaət edən və gələcək perspektivdə daha əlverişli hesab olunan avtomobillərə maraq göstərirlər. Bu gün alıcılar üçün əsas meyar yalnız avtomobilin qiyməti deyil. Eyni zamanda onun keyfiyyəti, texniki göstəriciləri, rentabelliyi, saxlanma xərcləri və ölkə daxilində istifadəyə uyğunluğu da mühüm rol oynayır. İnsanlar elə nəqliyyat vasitəsinə üstünlük verməyə çalışırlar ki, həm gündəlik istifadədə rahat olsun, həm də gələcəkdə texniki və maliyyə baxımından əlavə problem yaratmasın”. 
O deyib ki, bu baxımdan avtomobil bazarında rəqabətlilik daha çox müasir və iqtisadi cəhətdən sərfəli modellər üzərində formalaşır:
“Digər tərəfdən, ölkə ərazisində, xüsusilə paytaxt Bakıda avtomobil bazarındakı ümumi tendensiyaya baxdıqda görünür ki, daha çox yeni və müasir avtomobillərin idxalına üstünlük verilir. Lakin müəyyən dövrdə tətbiq olunan dövlət güzəştlərinin bir qisminin ləğv edilməsi bazara da təsirsiz ötüşmədi. Bu dəyişikliklər nəticəsində avtomobil idxalında müəyyən azalmalar və gözləmə mövqeyi yarandı. Bəzi proseslərdə ləngimə müşahidə olundu. Buna baxmayaraq, düşünürəm ki, bu vəziyyət müvəqqətidir və qarşıdakı illərdə bazar yenidən aktivləşəcək. Növbəti mərhələlərdə həm alıcı marağının, həm də avtomobil idxalının daha balanslı şəkildə formalaşacağı gözlənilir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 May 2026 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri