Icma.az
close
up
RU
Bakıda hansı biznes tutur, hansı batır? AÇIQLAMA

Bakıda hansı biznes tutur, hansı batır? AÇIQLAMA

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakı şəhərində biznes mühiti dinamik şəkildə dəyişir, yeni trendlər formalaşır və bazarda güclü rəqabət yaranır. Bəzi sahələr sürətli inkişaf edərək sahibkarlar üçün cəlbedici qazanc imkanları yaratsa da, digər istiqamətlər bu tempə uyğunlaşa bilmədiyi üçün tədricən sıradan çıxır. Paytaxtda iqtisadi aktivliyin artması, texnologiyaların inkişafı və istehlakçı davranışlarının dəyişməsi biznes sektorunda yeni prioritetləri ön plana çıxarır. Bu proses fonunda innovativ yanaşma sərgiləyən və bazarın tələblərinə uyğunlaşan sahələr irəli çıxır, ənənəvi biznes modelləri isə əvvəlki mövqelərini itirir.
İnsan Resursları üzrə konsultant, biznes məsələləri üzrə ekspert İlkin Mirzəzadə Demokrat.az-a açıqlamasında deyib ki, Bakıda son illərdə biznes mühiti sürətlə dəyişib:
“Xüsusilə pandemiya dövründə bəzi sahələrdə qeyri-adi artım müşahidə olundu. Məsələn, karqo şirkətləri, onlayn çatdırılma platformaları və taksi xidmətləri bu dövrdə ciddi şəkildə genişləndi və bazarın sürətlə böyüməsinə səbəb oldu. Lakin zaman keçdikcə, təxminən bir-iki il ərzində real bazar şərtləri öz təsirini göstərdi və bəzi iştirakçılar rəqabətə tab gətirməyərək bazardan çəkildilər. Eyni dinamika restoran sektorunda da müşahidə olundu. Son illərdə restoranların sayı əhəmiyyətli dərəcədə artsa da, paralel olaraq fəaliyyətini dayandıran və uğur qazana bilməyən restoranların da sayı kifayət qədər oldu. Bu isə bazarın həm genişləndiyini, həm də rəqabətin sərtləşdiyini göstərir. Bakı biznes mühitində xidmət və qida sektoru hər zaman aktual və tələb olunan sahələr olaraq qalacaq”. 
O bildirib ki, xüsusilə ixtisaslaşmış biznes modelləri daha dayanıqlı perspektivə malikdir:
“Məsələn, ümumi konseptli restoranlar ilə müqayisədə konkret bir istiqamət üzrə ixtisaslaşmış, kiçik butik tipli və ya spesifik məhsul təqdim edən müəssisələr daha sabit müştəri bazası formalaşdıra bilir. Son illərdə isə yarımfabrikat məhsullar, dondurulmuş və hazır qidaların çatdırılması kimi sahələr də sürətlə inkişaf edir. Bunun əsas səbəbi əhalinin artımı, şəhərləşmə və işləyən insanların sayının çoxalmasıdır. Bu sahələr nisbətən az kapital tələb etdiyinə görə biznesə başlamaq baxımından daha əlverişli hesab olunur. Bu istiqamətlərə investisiya qoymaqla həm bazara daxil olmaq, həm də müəyyən müştəri kütləsinə qısa zamanda çatmaq mümkündür”.
İlkin Mirzəzadə qeyd edib ki, konkret istiqamət üzrə ixtisaslaşan biznes modelləri daha dözümlüdür. Böyük və ümumi konseptli restoranlar müştəri itirdiyi halda, kiçik butik tipli və spesifik məhsul satan yerlər sabit kütlə toplaya bilir. Paytaxtda hazırda yarımfabrikatlar, dondurulmuş və hazır qidaların çatdırılması sektoru ən perspektivli sahələrdən sayılır. Şəhərləşmə və iş yükünün artması insanları bu xidmətlərə yönəldir. Az kapitalla bu sahədə qısa zamanda böyük müştəri bazasına çıxmaq mümkündür.
Yəni, Bakıda artıq böyük və çoxsahəli obyektlər deyil, daha çox konkret ehtiyaca yönəlmiş kiçik və sürətli xidmət göstərən bizneslər daha çox qazanır.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 May 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri