Icma.az
close
up
RU
Bakıda havanın temperaturu 17 gün normadan yuxarı olub

Bakıda havanın temperaturu 17 gün normadan yuxarı olub

Aznews.az saytına istinadən Icma.az xəbər verir.

2024-cü ilin noyabr ayında ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub. Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 17 gün normadan yuxarı,1 gün norma daxilində, 12 gün isə normadan aşağı olub, orta aylıq temperatur isə 11.4 dərəcə isti qeydə alınıb.

Aznews.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, ötən ay maksimal temperatur noyabrın 22-də qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu ölkə üzrə Beyləqan rayonunda 26.4 dərəcə, Bakıda və Abşeron yarımadasında isə 24,5 dərəcə isti olub. Minimal temperatur isə ölkə üzrə noyabrın 28-i Şahdağda 13.9 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə noyabrın 7-də 3.5 dərəcə isti müşahidə olunub.

“2024-cü ilin noyabr ayında bölgələr üzrə 19 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 174 faizi olmaqla Lənkəran-Astara zonasına, aylıq normanın 144 faizi olmaqla isə Bakı və Abşeron yarımadasına düşüb.”

N. Mahmudov qeyd edib ki, 2024-cü ilin noyabr ayının bəzi günlərində dağlıq ərazilərə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü 10-20 sm olub.

“Noyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq 12 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 18 gün, bölgələrdə isə 16 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti 28 m/s-dək güclənib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 04 Dekabr 2024 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see140

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see126

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see124

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see124

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see123

ABŞ Çini təhdid etdi

16 Aprel 2025 11:33see122

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see119

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim tədris prosesi ənənəvi qaydada davam edəcək

16 Aprel 2025 10:24see118

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see118

Bankların yüksək komissiya haqqı: Qiymətləri də yüksəldir

16 Aprel 2025 11:33see117

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see117

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see116

Hərbi çağırışdan yayınmaya qarşı yenilik Xidmət yeni qanunla bağlı açıqlama yaydı

16 Aprel 2025 10:27see113

Venesuela səfiri “ASAN xidmət”də

16 Aprel 2025 09:50see113

Arda Real Madrid , ya da Barselona nı çalışdıracaq Klub prezidenti AÇIQLADI

16 Aprel 2025 11:44see113

Turist sahildə yadplanetli tapdı

16 Aprel 2025 17:00see112

DİM ə ağır ittihamlar: “Xərcə düşməmək üçün uşaqları riskə atıb”

16 Aprel 2025 12:39see112

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see112

Rusiya Federasiya Şurasından Avropa İttifaqına sərt cavab

16 Aprel 2025 09:13see111

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri