Bakıda heç qoçular bunu etməyib!
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ötən gün sosial şəbəkələrdə İçərişəhərdə baş verən qalmaqallı insidentin görüntüləri geniş müzakirələrə səbəb olub.
"Ölkə.az" xəbər verir ki, kadrlarda şortik geyinən gənc oğlanla orta yaşlı kişi arasında gərgin mübahisə yaşandığı görünür. İddialara görə, yaşlı kişi gənci geyiminə görə təhqir edib və ona sərt şəkildə irad bildirib. Hətta görüntülərdə kişinin "Səni bir də bu məhlədə görməyim!" dediyi eşidilir.
Hadisə qısa müddətdə sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib. Bir çox istifadəçi baş verənləri şəxsi azadlıqlara müdaxilə kimi qiymətləndirib, digərləri isə yaşlı kişinin davranışını sərt tənqid edib.
Qalmaqallı görüntülərə tanınmış simalar da münasibət bildiriblər. Xalq artisti Brilliant Dadaşova hadisəyə biganə qalmayaraq sosial şəbəkə hesabında sərt reaksiya verib: "Bu nədir? Qoçu zəmanəsidir? Bakıda heç qoçular kimisə geyiminə görə təhqir etməyiblər".(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 07 İyun 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















