Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

“Sabah”ın legioneri ehtiyatda qaldı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Bakıdakı qoçular kəndi Əcnəbilərin ibadətgah yeri

Bakıdakı qoçular kəndi Əcnəbilərin ibadətgah yeri

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Məhəmmədi – Bakı şəhərindən 17 kilometr şimal-şərqdə, Abşeron yarımadasının demək olar ki, ortasında, Xəzər dənizinin cənub sahilindən 6-7 kilometr cənubda, Xəzər dənizi səthindən 86 metr, yəni dəniz səviyyəsindən 56 metr yüksəklikdə yerləşən yaşayış məskənlərindən biridir. “Məhəmmədi” sözünün İslam peyğəmbəri Məhəmmədin adı ilə bağlı olduğu iddia edilir.

Sədi Məmmədrzaoğlunun “Məhəmmədi” kitabında yazdığına inansaq, Məhəmmədi Bakı ətrafındakı 39 kəndin arasında ona görə yeganədir ki, başqa kəndlərlə qonşuluq məsafəsi böyükdür. Ətrafda olan bütün kəndlər Məhəmmədidən bir az aralıda yerləşir. Kəndin torpaqları şimaldan Pirşağı və Kürdəxanı, cənubdan isə Zabrat və Balaxanı ilə “həmsərhəddir”. Məhəmmədini bütün qonşu kəndlər ilə düzənlik, Digah kəndi ilə isə dağ və böyük dərə ayırır. Kəndin Digah tərəfə olan ərazisində məşhur “Yanar dağ” ziyarətgahı yerləşir.

Sədi Məmmədrzaoğlunun yazdığına görə, bizim eradan 450 il əvvəl  tarixin atası sayılan yunan səyyahı Herodot dünya səyahətinə çıxarkən Azərbaycana da gəlmiş, öz əsərində “Yanar dağ”, onun yaxınlığında mövcud olan yaşayış məskənlərinin, dərənin şərq yamacında yerləşən “Qurd yuvası”nın, Balaxanı yaxınlığında yerləşən “Kirməki”nin mövcudluğunu qeyd edib.

“Yanar dağ”ı kimlər söndürmüşdü?

“Yanar dağ” haqqında qısaca onu qeyd edək ki, deyilənə görə, bura hələ islam dini yaranmamışdan öncə atəşpərəstlərin sitayiş yeri olub. Bir zamanlar Hindistandan bura çoxlu ziyarətçi gələrmiş. İndinin özündə də Hindistan, Yaponiya, Almaniya, Fransa, İngiltərədən bura gələnlər var. “Yanar dağ” kəndin qərb hissəsində kənddən üç-dörd yüz metr aralıda, dağın üstündə, vulkanın axıtdığı kükürdlü suyun açdığı yarğanın kənarında yerləşir. Yerin təkindən çıxan və alovlanan təbii qaz 20-30 metr uzunluğunda olan sahədə gecələr təbii və füsunkar gözəllik yaradır. Ağsaqqallar danışırmış ki, İkinci Dünya Müharibəsi zamanı buradakı od təhlükəsizlik məqsədilə söndürülübmüş. Deyilənə görə, hökumət almanların bura zərbə endirə biləcəyini ehtimal edərək belə bir addım atıbmış.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə “Yanar dağ”a tarixi mədəniyyət və təbiət qoruğu statusu verilib.

Məhəmmədidəki “Volçiyi vorota”

“Qurd yuvası” isə kəndin qərb hissəsində yerləşir. Fransız yazıçısı Aleksandr Düma “Qafqaz səfəri” əsərində Bakının yaxınlığında qurd keçidinin olduğunu (volçiyi vorota) qeyd edir.

“Kirməki” isə “qır məkan” deməkdir, el arasında “qırməki” deyirlər. Bura uzunluğu beş kilometr, eni isə üç yüz-dörd yüz metrə çatan dərədir. Deyilənə görə, burada bir sıra əcnəbilər müəyyən tədqiqat işləri ilə məşğul olublar. İddia da var ki, guya nə vaxtsa Volqa çayı bu dərədən Xəzərə tökülürmüş. İnam var ki, bu, yenidən təkrarlanacaq. Amma kənd məscidinin imamı deyir ki, bu iddia savadsızlığın əlamətidir və təbii ki, məntiqlə yanaşanda anlaşılan, başa düşülən deyil.

Qədim qəbirlər, sümüklər, qədim tayfalar

Məhəmmədi kənd məscidinin imamı Bəşir Mansurov deyir ki, Məhəmmədinin qədim yaşayış məskəni olmasını təsdiqləyən faktlardan biri də burada qədim qəbirlərin mövcudluğu ola bilər. Kənddə hazırda mövcud olmayan, itmiş iki qəbiristanlıq var. Qəbiristanlıq yoxa çıxsa da, camaat yerini bilir. İmamın sözlərinə görə, sovet vaxtı qədim qəbirlər qazılıb, tapılan insan sümükləri indiki insan sümüklərindən fərqli imiş, bu isə kəndin qədimliyinin növbəti göstəricisi sayıla bilər.

Məhəmmədidə bineyi-qədimdən yaşayan əsas tayfalar şahsevənlər, qaradağlılar, qədimalılar, ənnağılılar, qasımxanlılardır. Qaradağlılar, ənnağılar Cənubi Azərbaycan ərazisindən, qədimalılar isə Naxçıvandan köç edənlərdir. Bundan başqa müxtəlif ərazilərdən bura gəlmiş tatlar da var kənddə.

Qara daşın içindəki ruzi

“Məhəmmədi” kitabında qeyd edilir ki, kəndin kənarında yerləşən “Əli daşı” piri əhalinin ən çox ziyarət etdiyi pirdir. Rəvayətə görə, Həzrət Əli burdan keçəndə həmin yerdə nahar edib. Nahar əsnasında o, Allah tərəfindən bütün canlılara ruzi payı verildiyini söyləyib. Ordakılardan biri isə sual verib ki, bu daşın içində də ruzi var? Əli isə cavab verir ki, bu daşın içində qurd var, ağzında da yaşıl yarpaq. Sübut üçün də daşı əli ilə iki yerə bölür, dediklərini əyani surətdə göstərir. Bundan sonra yerli əhali həmin daşı müqəddəs sayır, üzərində bina inşa edir, ətrafında isə bu dünyadan köçənləri basdırırlar.  Bəşir Mansurov isə deyir ki, bu məlumatların tarixi, elmi əsası yoxdur. Həzrəti Əli İran əraizisindən bu yana keçməyib. Doğrudur, bu məlumatlara inananlar möcüzə yolu ilə belə bir hadisənin baş verdiyini iddia edirlər, amma rassional insanlar bu yanaşmanı doğru hesab etmir. Buna baxmayaraq, Bəşir Mansurov iddia edir ki, ikiyə bölünmüş bu daş adi daş deyil və hiss olunur ki, Abşeron torpağına yaddır, bizim torpaqlarda o cür daşlar yoxdur. Ümumiyyətlə, daşı iki yerə bölməsi Həzrət Əlinin əsas möcüzələrindən biri hesab olunur, ehtimala görə, bu tipli hadisələr indiki İraq ərazisində baş verib. Güman olunur ki, o vaxtlar burdan o tərəflərə getmiş insanlardan biri, yaxud bir neçəsi Həzrəti Əlidən bizim torpaqlarda da nişan olsun deyə o daşları kimlərdənsə xahiş edərək Azərbaycana gətiriblər. Amma konkret olaraq o daşlar Azərbaycana nə vaxt gətirilib, bu haqda məlumatı olan yoxdur. Qəribəsi budur ki, iki yerə bölünən daşdan biri bir neçə il əvvəl oğurlanıb. Pir “Yanar dağ” qoruğunun nəzarətindədir, qoruq rəhbərliyi fikirləşib ki, gündüz mühafizəçiyə ehtiyac yoxdur, günün günorta çağı kimdir oğurluq edən, ona görə də ancaq gecələr mühafizəçinin xidmətinə ehtiyac duyurmuşlar. Amma daşın biri gündüz vaxtı oğurlanır. Oğurluq edənləri polisin bütün cəhdlərinə baxmayaraq tapmaq olmur. Bəşir Mansurovun versiyasına görə, daşı ya cadugərlər, ya da kolleksiyaçılar oğurlayıb.

Məhəmmədidə başqa pirlər də var, məsələn, “Kasıb piri”. Qasımxanlı məhəlləsində yerləşir. Sovet hakimiyyəti illərində sökülüb. Pirin sökülməsi üçün göstəriş verənlərin də, piri sökənin də başına müxtəlif bəlalar gəlib. Kənd camaatı belə deyir. Sökənin bir neçə övladı qısa müddətdə dünyasını dəyişib. Pir müstəqillikdən sonra yenidən bərpa edilib. Kənddə yerləşən “Qız piri” də sovet vaxtı yerlə-yeksan edilib. Maraqlıdır ki, bu piri sökənin qızı da cavan yaşda rəhmətə gedib.

Qədim kəndin arxivini kimlər və niyə sildirdi?

Vaxtilə Məhəmmədi daha çox qoçuları ilə məşhur imiş. Əbdülrəzzaq, Məşədi Əjdər, Kərbəlai Şiruyə, Mir Rəhim, Mir Ələkbər, Türbət ən məşhur Bakı qoçularındandır. Məşədi Əjdər inqilabçı Əli Bayramovu tutur və onu dayısı oğlu Hüseynə tapşırır. Hüseyn isə Əlini öldürür. Az sonra Şura hökuməti qurulur. Ağsaqqalların dediyinə görə, Əli Bayramovun qisası Hüseynin başının Çəmbərəkənd qəbiristanlığında kəsilməsi ilə alınır. Hüseynin atası Qədir çox çətinliklə oğlunun nəşini əldə edərək kənd qəbiristanlığında dəfn edir. Məşədi Əjdər isə İrana qaçır. Amma canını qurtara bilmir. Bakı Sovetində işləyən, əslən məhəmmədili olan Əli Bayramovun həyat yoldaşı Ceyran Bayramovanın təşəbbüsü ilə İrana casus göndərilir. O, Məşədi Əjdəri qətlə yetirir. Deyilənlərə görə, məhz Ceyran Bayramovanın səyləri nəticəsində Məhəmmədi kəndi perspektivsiz kəndlər siyahısına daxil edilibmiş. Kənddə tikinti, abadlaşdırma işləri aparmaq qadağan imiş. 50 ildən çox müddət ərzində bir mişar daşı, yaxud taxta alan adama inzibati cəza verilirmiş. Bəşir Mansurov isə deyir ki, məhz Ceyran Bayramovanın istəyi ilə Məhəmmədi kəndinə aid Bakıdakı bütün arxiv sənədləri məhv edilib, sıradan çıxarılıb. Amma çox qəribə və maraqlıdır ki, kəndə aid arxiv sənədləri Tiflisdə indi də saxlanılır, qorunur.

Bütün qadağalara, çətinliklərə, təzyiqlərə baxmayaraq, Məhəmmədi “milyoner sovxoz” olmağı bacarıb. Planı həmişə artıqlaması ilə yerinə yetirirmişlər. Bu da təsadüf edir ötən əsrin 60-cı illərinə. Bundan əvvəl kənddə xüsusi ilə suyun qıt olmağı ciddi çətinliklər yaradıb, kasıb kənd olub Məhəmmədi, əhalinin çoxu buradan köçüb gedirmiş o vaxtlar.  Çox yerlərə gedib insanlar, əsasən də “Kubinka” deyilən əraziyə üz tutublar. Orada Məhəmmədi məhəlləsi də varmış. Qədim dövrlərdə Abşeron kəndlərinin əhalisi suyu ovdanlar vasitəsi ilə çıxarıb istifadə edirmişlər. Başqa kəndlərdə olduğu kimi Məhəmmədidə də bir neçə ovdan varmış. Amma bu ovdanlar su tələbatını ödəmək üçün yetərli deyildi. Uzun yol qət edib su gətirirmişlər, içmək, çimmək üçün. Sovet vaxtı kənd “qara siyahı”da olsa da, hər halda su infrastrukturu yaradılıb. Üç dənə üstü açıq su anbarı tikilib. Ovdanlar isə yavaş-yavaş sıradan çıxıb. Həm sovet dövründə, həm də ondan əvvəl camaat daha çox taxıl, arpa, yonca, qarpız, yemiş, pomidor əkirmiş. Bir də məşhur badam bağları olub burada. Bineyi-qədimdən maldarlıq da güclü olub bu yerlərdə.

Əslində ovdanlar indiyədək qalmaqdadır, pis vəziyyətdə olsalar belə. Hətta təzə bir ovdan da tapılıb. Həmsöhbətimiz Bəşir müəllimin də iştirakı ilə.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Dekabr 2024 03:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see190

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see187

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see176

“Sabah”ın legioneri ehtiyatda qaldı

24 Sentyabr 2026 21:13see168

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see166

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see157

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see157

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see155

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri