Icma.az
close
up
RU
Bakıda həkim çatışmazlığı: Məzuniyyətdəki həkimi kim əvəz etməlidir?

Bakıda həkim çatışmazlığı: Məzuniyyətdəki həkimi kim əvəz etməlidir?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vətəndaşlar tez-tez üz tutduqları poliklinika, xəstəxana və sağlamlıq mərkəzlərində ixtisaslı həkim çatışmazlığı ilə qarşılaşdıqlarından şikayətlənirlər. Bir müddət öncə sağlamlıq arayışının alınması ilə bağlı reportajımızda qeyd etmişdik ki, Zabrat Sağlamlıq Mərkəzində dermatoloq, kardioloq, endokrinoloq, 2 saylı Birləşmiş Şəhər Xəstəxanasında stomatoloq, dermatoloq ixtisasları üzrə həkimlər yoxdur və ya yerində deyillər. Müraciət edən vətəndaşlara isə bildirilir ki, həkim ya məzuniyyətdədir, ya da bələdiyyə seçkisinə cəlb olunub.

İxtisaslı həkim çatışmazlığı ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, son zamanlarda sözügedən məsələ geniş müzakirə mövzusudur və müvafiq idarəetmə orqanları arasında bununla bağlı geniş təhlil aparılır. O deyib ki, bu məsələdə problemin həm obyektiv, həm də subyektiv səbəbləri var.

Öncə bölgələrimizdə yaşanan ixtisaslı həkim çatışmazlığı probleminə toxunan deputat bildirib ki, bunun səbəblərindən biri həkimlərin böyük hissəsinin iqtisadi aktivliyin daha çox olduğu böyük şəhərlərdə cəmləşməsi ilə bağlıdır:

"Bu, cəmiyyətin bütün sahələrində, həmçinin də bazar iqtisadiyyatı olan bütün ölkələrdə müşahidə edilən haldır. Eyni zamanda özəl sektorun inkişaf etdiyi yerlərdə də həkimlərin bir qismi bu istiqamətə yönəlir. Bu, müəyyən qədər iqtisadi baxımdan başadüşülən olsa da, səhiyyə siyasəti baxımından problemlər yaradır və buna görə hazırda ixtisaslı həkim çatışmazlığını müşahidə edirik".

Deputat deyib ki, inkişaf etmiş ölkələrdə belə, ilkin ixtisas həkimlərinə olan tələbat yüksəkdir:

"Hazırda həkimlərimizin bir çoxu rezidentura təhsili almaq üçün Almaniyaya üz tutur. Çünki həmin dövlət bunun üçün kadrları stimullaşdırır və rezident orada yetişdikdən sonra ixtisasına uyğun işlə təmin olunur. Bundan sonra onun ölkəyə geri dönüşü sual yaradır. Bu da ixtisaslı həkim çatışmazlığına səbəb olan amillər sırasındadır".

M.Məmmədlinin fikrincə, digər səbəb isə subyektiv məsələlərdən qaynaqlanır:

"Buraya kadrların yerləşdirilməsində çevikliyin təmin olunması, müvafiq ixtisaslı gənc mütəxəssislərə rahat şəraitin yaradılması, onların bölgələrdə ev təminatını həyata keçirmək, iqtisadi stimullaşdırma amillərini daha da intensivləşdirmək kimi məqamlar aiddir. Bu məsələdə istər Səhiyyə Nazirliyi, istərsə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən müəyyən addımlar atılmalıdır və atılır da. Bildiyimiz kimi, Baş nazir tərəfindən həkim və orta tibb işçilərinin işə qəbulunun vahid standartı və forması artıq müəyyənləşib. Düşünürəm ki, bu, sözügedən məsələdə daha çevik hərəkət etməni stimullaşdıracaq".

Məzuniyyət və ya ödənişsiz məzuniyyət vaxtı ixtisas həkiminin əvəzlənməməsi ilə bağlı sualımızı cavablandıran M.Məmmədli bildirib ki, bu, səhiyyə menecmentində addımların atılmasını tələb edən haldır:

"Hər bir tibb müəssisəsinin rəhbəri təcili məsələlər ortaya çıxmasa, həkimlərin planlı şəkildə məzuniyyətə getməsi və ya hansısa aksiyada iştirak edəcəyi (kurslar, vətəndaş fəallığını tələb edən məsələlər ola bilər və s.) hallarda işi elə qurmalıdır ki, problem yaranmasın. Bu hallarda həmin bölgədəki digər tibb müəssisələrindən həkimlər cəlb edilə, yaxud müvəqqəti olaraq vəzifə funksiyaları başqasına həvalə oluna bilər. Bu hallarda çatışmazlıq ortaya çıxırsa, bu, müvafiq sahədə çalışan səhiyyə işçisinin işini düzgün qura bilməməsi deməkdir və bu, birbaşa subyektiv amildir".

Qeyd edək ki, adıçəkilən xəstəxanalarda ixtisaslı həkim çatışmazlığı ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlasaq da, cavab almaq mümkün olmayıb.

Aləmdə Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Yanvar 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri