Icma.az
close
up
RU
Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirildi FOTOLAR

Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirildi FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 17-də Bakıda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) təşəbbüsü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda keçirilən tədbirdə Azərbaycanın ev sahibliyi etdiyi COP29-da iştirak edən müxtəlif ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.
BHİK-nın Baş katibi LukTrianql iştirakçılara tədbirin məqsədi və mövzusu barədə məlumat verib, əhəmiyyətindən söz açıb. O həmçinin COP29-un nümunəvi təşkilindən və gedişindən məmnunluğunu ifadə edib, aparılan müzakirələrin və nəticənin iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə faydalı olacağını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovölkəmizdə keçirilən COP29-dan bəhs edib. Bildirib ki, məsuliyyətli ölkə olan Azərbaycan hər zaman qlobal problemlərə həssas yanaşır, dövlətimizin başçısı cənab İlham Əliyev bəşəriyyətin gələcəyi ilə bağlı önəmli təşəbbüslər irəli sürür. Onun sözlərinə görə, Azərbaycan bu mötəbər beynəlxalq tədbiri - COP29-uyüksək səviyyədə təşkil edib, bu çərçivədə bütün işlər sistemli aparılır. Azərbaycanın yaşıl gündəliyindən də danışan Konfederasiya sədri iqlim dəyişmələri ilə mübarizədə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələri xatırladıb, bu istiqamətdə həmrəyliyinvə əməkdaşlığınönəminə diqqət çəkib.Qeyd edib ki, COP29 işçilərin hüquqlarının və sosial ədalətin müdafiəsi, iş şəraitinin yaxşılaşdırılmasıkimi aktual məsələlərin müzakirəsi üçün də unikal platformadır.

Vurğulanıb ki, hazırda həmkarlar ittifaqları istehsal proseslərində dəyişikliklər, “yaşıl texnologiyalar” və bərpa olunan enerji mənbələrinə keçidlə bağlı qərarların qəbulu proseslərində iştirak edir. Bugünkü tədbir yeni təşəbbüslərin, birgə layihələrin başlanğıc nöqtəsinə çevriləcək, səslənən fikir və təkliflər gələcək fəaliyyətlər üçün əsas olacaq.

Sonra COP29-un ilk həftəsində keçirilən tədbir və aparılan müzakirələr, həmkarlar ittifaqlarının bu prosesdə iştirakı, həmçinin COP29-un ikinci həftəsinin prioritetləri nəzərdən keçirilib, Milli Səviyyədə Müəyyən edilən Töhfələrlə bağlı fikirlər səslənib.

BHİK-nın Qlobal iqlim siyasəti üzrə koordinatoruBert De Vel dünyanı narahat edən məqamlardan biri kimi iqlim dəyişmələri ilə mübarizənin önəmini qeyd edib. Bildirib ki, bu sahədə fəaliyyət göstərən təcrübəli iqtisadçı kimi problemin mahiyyətinin daha ciddi olmasının fərqindədir. O, COP29 çərçivəsində aparılan danışıqlar, müzakirə olunan məsələlər və prioritetlər barədə də fikirlərini bölüşüb.

Eləcə də tədbirdə tematik sessiyalar keçirilib, iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitinin cəlb edilməsinin vacibliyi, İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılması vurğulanıb, əmək hüquqları sahəsində ortaya çıxan tendensiyaların müzakirəsi aparılıb, bu istiqamətdə çətinliklər və gələcək çağırışlar qeyd olunub.
 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Noyabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri