Icma.az
close
up
RU
Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirildi FOTOLAR KONKRET

Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirildi FOTOLAR KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 17-də Bakıda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) təşəbbüsü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə tədbir keçirilib.

KONKRET.az xəbər verir ki, “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda keçirilən tədbirdə Azərbaycanın ev sahibliyi etdiyi COP29-da iştirak edən müxtəlif ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.
BHİK-nın Baş katibi LukTrianql iştirakçılara tədbirin məqsədi və mövzusu barədə məlumat verib, əhəmiyyətindən söz açıb. O həmçinin COP29-un nümunəvi təşkilindən və gedişindən məmnunluğunu ifadə edib, aparılan müzakirələrin və nəticənin iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə faydalı olacağını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovölkəmizdə keçirilən COP29-dan bəhs edib. Bildirib ki, məsuliyyətli ölkə olan Azərbaycan hər zaman qlobal problemlərə həssas yanaşır, dövlətimizin başçısı cənab İlham Əliyev bəşəriyyətin gələcəyi ilə bağlı önəmli təşəbbüslər irəli sürür. Onun sözlərinə görə, Azərbaycan bu mötəbər beynəlxalq tədbiri – COP29-uyüksək səviyyədə təşkil edib, bu çərçivədə bütün işlər sistemli aparılır. Azərbaycanın yaşıl gündəliyindən də danışan Konfederasiya sədri iqlim dəyişmələri ilə mübarizədə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələri xatırladıb, bu istiqamətdə həmrəyliyinvə əməkdaşlığınönəminə diqqət çəkib.Qeyd edib ki, COP29 işçilərin hüquqlarının və sosial ədalətin müdafiəsi, iş şəraitinin yaxşılaşdırılmasıkimi aktual məsələlərin müzakirəsi üçün də unikal platformadır.

Vurğulanıb ki, hazırda həmkarlar ittifaqları istehsal proseslərində dəyişikliklər, “yaşıl texnologiyalar” və bərpa olunan enerji mənbələrinə keçidlə bağlı qərarların qəbulu proseslərində iştirak edir. Bugünkü tədbir yeni təşəbbüslərin, birgə layihələrin başlanğıc nöqtəsinə çevriləcək, səslənən fikir və təkliflər gələcək fəaliyyətlər üçün əsas olacaq.

Sonra COP29-un ilk həftəsində keçirilən tədbir və aparılan müzakirələr, həmkarlar ittifaqlarının bu prosesdə iştirakı, həmçinin COP29-un ikinci həftəsinin prioritetləri nəzərdən keçirilib, Milli Səviyyədə Müəyyən edilən Töhfələrlə bağlı fikirlər səslənib.

BHİK-nın Qlobal iqlim siyasəti üzrə koordinatoruBert De Vel dünyanı narahat edən məqamlardan biri kimi iqlim dəyişmələri ilə mübarizənin önəmini qeyd edib. Bildirib ki, bu sahədə fəaliyyət göstərən təcrübəli iqtisadçı kimi problemin mahiyyətinin daha ciddi olmasının fərqindədir. O, COP29 çərçivəsində aparılan danışıqlar, müzakirə olunan məsələlər və prioritetlər barədə də fikirlərini bölüşüb.

Eləcə də tədbirdə tematik sessiyalar keçirilib, iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitinin cəlb edilməsinin vacibliyi, İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılması vurğulanıb, əmək hüquqları sahəsində ortaya çıxan tendensiyaların müzakirəsi aparılıb, bu istiqamətdə çətinliklər və gələcək çağırışlar qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Noyabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see154

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see153

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see136

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri