Icma.az
close
up
RU
Bakıda Hindistanla bağlı tədbir keçiriləcək İlk dəfə

Bakıda Hindistanla bağlı tədbir keçiriləcək İlk dəfə

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yanvarın 16-sı Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçiriləcək.

Axar.az xəbər verir ki, tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də Zikh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dakı nüfuzlu nümayəndələri, həmçinin, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edəcək.

Konfransda Hindistan hökumətinin Zikhlərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə apardığı irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, bu xüsusda Hindistan hökumətinin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə ediləcək.

Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması və BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında diskussiyalar aparılacaq.

Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının və akademik çevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların, hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletmə mexanizmlərinə təsiri imkanları müzakirə mövzusu olacaq.

Qeyd edək ki, Zikhizm XV əsrdə yaranıb və öz doktrinasında kasta mənsubiyyətindən, cinsiyyətdən, və dilindən asılı olmayaraq, bütün insanlar arasında tam bərabərliyi təbliğ edir, bu səbəbdən də ənənəvi hindu kasta sistemini qəti şəkildə rədd edir. Hindistanda Zikh icmasının ümumi sayı təxminən 25 milyondan artıqdır. Zikhlər əsasən Hindistanın əsas kənd təsərrüfatı bölgəsi hesab edilən Pəncab ştatında məskunlaşıblar.

Qeyri-Hökumət Təşkilatları və müstəqil ekspertlər tərəfindən Beynəlxalq təşkilatlara təqdim edilmiş hesabatlarda Hindistan hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş silahlı basqınlar və repressiv siyasət nəticəsində təkcə 1984-cü ildə 8 000–17 000 Zikhin qətlə yetirildiyi, 50 000-dən çox Zikh üzvünün Hindistan hökumətinin təqiblərindən qaçaraq xarici ölkələrə mühacirət etdiyi qeyd edilir. 1980–1990-cı illərdə Pəncabda zikh icmasının minlərlə üzvü oğurlanıb və ya qaçırılıb, eyni zamanda, məhkəmə prosesi keçirilmədən qondarma ittihamlarla qətlə yetirilib. Hazırda hüquqlarını tələb edən Zikh fəallar "separatizm" və ya "casusluq" ittihamı ilə həbs edilir, Pəncabda polis reydləri artmaqda davam edir. Xaricdə yaşayan zikh fəallara qarşı terror aktları təşkil edilib ki, Kanada və ABŞ rəsmi qurumları bu terror aktlarının törədilməsində Hindistan xüsusi xidmət orqanlarını ittiham ediblər.

Xatırladaq ki, qaçan Zikh icmasının üzvlərinin böyük əksəriyyəti hazırda Kanada, Böyük Britaniya, ABŞ və Avstraliyada məskunlaşıblar. Onlar Hindistanda bu gün də davam edən siyasi repressiyalara qarşı ədalət tələb edirlər.

Zikh icması Hindistan hökumətindən 1984-cü il antizikh qırğınlarının rəsmi olaraq soyqırımı kimi tanınmasını, yeni müstəqil istintaq komissiyasının yaradılmasını, soyqırımın təşkilatçılarının məhkəmə qarşısına çıxarılmasını və 1980-1990-cı illərdə Pəncabda minlərlə məcburi yoxa çıxmış şəxsin taleyinin aydınlaşdırılması və günahkarların cəzalandırılmasını, qanunsuz həbs edilmiş zikh fəalların azadlığa buraxılması və onlara siyasi məhbus statusunun verilməsini tələb edir. Pəncabın muxtariyyətinin genişləndirilməsi, idarəetmədə mərkəzi hökumətin müdaxiləsinin qadağan edilməsi yer alır. Bundan əlavə, xaricdəki zikh fəallara qarşı transmilli repressiyaların, o cümlədən sui-qəsd və təhdidlərin dayandırılması, beynəlxalq araşdırmalara icazə verilməsi, eləcə də Hindistan hökumətinin 1984-cü il qırğınları üçün rəsmi üzr istəməsi və qurbanlara kompensasiya ödənilməsi tələb olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Yanvar 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see269

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see248

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see240

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see227

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see225

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see222

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see219

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see217

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see217

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see209

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see207

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see201

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see201

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see199

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see195

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see191

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see188

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see187

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see186

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri